“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) mətbuat katibi Anar Cəbrayıllı ona zəng edən jurnalisti ağır sözlərlə təhqir edib.
GUNinfo.az xəbər verir ki,“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllının şok səsyazısı yayılıb.
Beləki, su axıntısı ilə bağlı mətbuat katibinə zəng edən jurnalist gözlənilmədən ağır təhqirə məruz qalıb.
Anar Cəbrayıllı: “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır. Siz nə qədər həyasız-abırsız adamlarsınız, hər şeydən ötrü Qorxmaz müəllimi niyə narahat edirsiniz” cümlələri ilə ona zəbg edən jurnalisti hədələyib.
Sözügedən səsyazısını təqdim edirik: