31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
BANNER ƏYALƏT

Balababa Rzayevin Vüqar Əhmədovla pul davası: “Azərişıq” ilə “Azərenerji arasında BÖYÜK SAVAŞ

“Azərişıq” ASC rəhbərliyi ilə “Azərenerji” ASC rəhbərliyi arasında “BÖYÜK SAVAŞ” başlayıb. İki dövlət qurumu öz rəhbərlərinin fərdi nüfuz və maraqları çərçivəsində əhalidən yığılan, lakin dövlət nəfindən uzaq düşən 100 milyonlarla manat vəsaitin axtarışına çıxıblar. Sabiq “Azərenerji” rəhbəri Balababa Rzayev indiki postunda ölkəyə istehsal edilən enerjinin pulunu öz yeni sələfindən ala bilmir.

“GUNinfo.Az”-ın mövzu ətrafında əldə etdiyi şok bilgilərə görə, Vüqar Əhmədovun “Azərişıq”-a rəhbər təyinatından sonra qurumda durum daha acınacaqlı şəkil alıb. Ciddi və danılmaz korrupsiya mexanizmi, eləcə də yarıtmaz idarəetmə halları “Azərişıq” ASC-ni maddi iflas həddinə yönəldib.

Məlumatlı mənbənin “Demokratik.Az”-a bildirdiyinə görə, həftənin əvvəlindən etibarən “Azərenerji” rəhbəri Balababa Rzayev Vüqar Əhmədovdan quruma aid borcun ən qısa zamanda ödənilməsini tələb edib. Rzayev həmkarına məsləhətlər də verərək 100 milyonla ölçülən debütor borcun hansı əsaslarla yaranmasını cənab Əhmədovdan öyrənməyə çalışıb. Məsələ barədə ölkə başçısına raport hazırlanmasını təklif edib. Nəticədə, ötən gün gecə saatlarından tabeli şəxslərlə onlayn konfranslara başlayan Əhmədov baş verənlərdən və nöqsanlarından sıyrılmaq üçün cəhdlər edir.

Məlumata görə, “Azərenerji” rəhbərinin xüsusi tapşırığı əsasında borc qalmaqalının daha da böyüdülməməsi üçün qabaqlayıcı və süni tədbirlər görülür. İddia edilir ki, hazırda “Azərişıq” ASC-nin “Azərenerji” yə 1 milyard manatdan çox borcu var.
Mövzu ilə əlaqədar daha geniş və səhih bilgiləri tezliklə təqdim etməyə çalışacağıq…
Qurumların mövqeyi maraqlı olardı.
Demokratik.Az

Bənzər yazılar

SON DƏQİQƏ: Hindistan ordusundan Pakistana DƏHŞƏTLİ HÜCUM – şiddətli döyüşlər gedir

admin

SON DƏQİQƏ! İlham Əliyev hərbi xidmətlə bağlı MÜHÜM SƏRƏNCAM İMZALADI

admin

Kamran Əliyev Rusiya və Ermənistan Baş prokuroru ilə görüşdü – FOTOLAR

admin

General Ramiz Zeynalovun müavini xidməti avtomobillə dəhşətli qəza törətdi – ağır yaralılar var -Fotolar

admin

Kəmaləddin Heydərov da yola salınır: FHN ləgv edilir – SON DƏQİQƏ

admin

TƏCİLİ!Azərbaycan Ordusu bu ərazilərə də nəzarəti ƏLƏ KEÇİRDİ – polkovnikdən ŞOK AÇIQLAMA

admin