8 C
BAKI
25 Yanvar 2021
Guninfo.az
Image default
BANNER RƏSMİ

Bayden və Ərdoğandan kritik Ukrayna açıqlaması – TƏCİLİ

“Donbas və Krıma hər gün strateji cəhətdən bir addım daha yaxınlaşırıq. Yalnız bir həll yolu var, sadədir, Rusiyanın Ukraynanın işğal olunmuş bölgələrindən çəkilməsi və Ukraynanın suverenliyinin təmin edilməsi”.

GUNinfo.az  xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində deyib.
Kuleba Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı dəstəyə görə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana minnətdar olduqlarını bildirib.
Donbas münaqişəsinin həlli ilə bağlı Üçtərəfli Təmas Qrupundakı danışıqların asan olmadığını qeyd edən Kuleba Ukraynanın həll yolu üçün konstruktiv addımlar təklif etdiyini, ancaq Rusiya tərəfindən eyni addımı görmədiklərini vurğulayıb:
“Ancaq bu, təslim olmaq demək deyil. Davam etməliyik, çünki həqiqət, hüquq və Türkiyə kimi tərəfdaş yanımızdadır. Problemin həllində müvəffəq olacağımıza şübhə etmirəm”.
Nazir Rusiyanın Krımın statusunu unutdurmaq istədiyinə diqqət çəkib:
“Ukrayna Krımın işğaldan azad edilməsi üçün hərtərəfli beynəlxalq bir mexanizm olaraq Krım Platformasının qurulmasını təklif edib. Xatırlatmaq istərdim ki, 2014-cü ildə Krım işğal edildikdə və Donbasda müharibə başlayanda Normandiya Formatı və Üçtərəfli Təmas Qrupu quruldu, lakin Krım problemi üçün beynəlxalq bir mexanizm qurulmadı. Biz burada bir tarixi səhvi düzəldirik. Türkiyənin bu platformada yaxşı bir tərəfdaş olacağına şübhə etmirəm”.
O, Avropanın bu məsələlərin həllində çox səy göstərməli olduğunu bildirib.
Kuleba yeni ABŞ Prezidenti Co Baydenin Barak Obama adimistrasiyası dövründə Rusiya təcavüzünə qarşı mübarizəsini yaxşı xatırladığını da sözlərinə əlavə edib:
“Əminik ki, Bayden Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı sərt davranacaq və Bayden rəhbərliyi ilə problemlərin həlli üçün çoxtərəfli bir dialoq quracağıq. Yeri gəlmişkən, Bayden tarixdə Ukrayna sənədini öyrənməyə ehtiyac duymayan ilk ABŞ prezidentidir, çünki onu artıq yaxşı bilir.
Bizim vəzifəmiz Rusiyanın Krımdan çəkilməsini təmin etməkdir. Əminəm ki, Rusiya Krımdan çəkiləcək və Krım tatarları da öz torpaqlarına qayıdacaqlar”.
Teleqraf

Bənzər yazılar

İmişlidə biabırçılıq! Şəhidin məzarı təhqir edildi – icra hakimiyyəti isə ailəni belə TƏHTİD EDİR – VİDEOMÜRACİƏT

admin

Ermənilərin Xankəndində terror planının üstü açıldı – ŞOK VİDEO

admin

SON DƏQİQƏ!Prezident mühüm fərman imzaladı

admin

SON DƏQİQƏ! Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR – Buda oldu

admin

Prezident cəbhədən şad xəbər verdi

admin

SON DƏQİQƏ: Etiraza qalxan erməni qadınlar İLHAM ƏLİYEVƏ bu səbəbdən müraciət etdi – VİDEO

admin