10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
BANNER MANŞET

EY DADİ-BİDAD! Masallının təhsilcanlı təhsil müdiri RÜSVAYİ-CAHAN OLUB – II YAZI

Mirzə Cəlil müəllimin ikinci məktubu

Zənn edirəm ki, sahibi-dövləti əyalətlərdə təmsil edən sədr-əzəmlər bu tip kəmsavad və özbaşına məmurlara yerini göstərmək üçün mütləqa, bir tədbir görəcəklər.

Əssalamu Əleyküm, ey mənim məğmun müdiri-mədrəsələrim! Mən gəlməyəcəkdim, çağırdınız, gəldim.
Əvvəla, qulluğunuza ərz edim ki, sərdari-müdiriniz haqqında yazılan həqiqətlərdən pəjmürdeyi-hal, dideyi-giryan olduğunuzu görüb çox sevindim. Adam öz hökmdarını böylə sevər. İkimincisi, sizin ağlaşmanızı, gözəl-göyçək müdiri-cəfakeşiniz haqqında yazılan həqiqətləri bərbad etmək, yalanmış kimi təqdim etmək istəyinizi görüncə ürəyim iki dəfə sinəmdə mayallaq vurdu. Az qaldı yerindən çıxıb qənşərimə düşə. İyrəndim ki, çox ucuz yol tapmısınız. Sizi təmamən anlayıram, çün  bəndeyi-biçarəsiniz. Nə isə….

Gələk əsas məsələyə. Yazırsız ki, bəs əxlaq belə gəldi, namus belə getdi. Canım müdiri-mədrəsələr, ey tazə çiçək kimi pərvəriş verən gəncəcik müəllimlər! Keçən məqaleyi-məlumatda mən bir laf atdım ki, kimlərsə özün yığışdırsın. Əmma öylə olmadı, həqqin üstünə elə getdiniz ki, sanki erməni-müsəlman davası tazə başlayib. Ondan ki, mən söhbəti- ümumi eyləmişdim, sitati-fakt söyləməmişdim.

Ey kəmsavadlar! Əvvəla, yazıya diqqətlə baxıb oxuyun, başa düşün. Söhbət bütün qadınlardan getmir. Özünüzə əl qatmayın, yaxanızı, üz-gözünüzü cırmayın. İstəyirsizmi sizin sərdari-təhsil haqında faktları, şəkilləri ortaya qoyum, faş edim? Sübut edim ki, hansı meyxanədə hansı cuvanəzənlə badə-badəyə vurur? Bəlkə facebook, whatsapp yazışmalarından əlimdə olan nümunələri əşyayi-dəlil kimi hüzurunuza ərz edim? Yoxsa şəkilləri paylaşım qulluğunuza?

Bəlkə deyim imtəhane-müdiri-mədrəsədə hansı gözəlin başı üstə durmuşdu müdiri-möhtərəm və necə əndişə keçirirdi? Və hətta nə danışırdılar deyimmi? Videokamera görüntülərini istərmisiniz?

Ey cani-dildən müdiri-möhtərəmi müdafiə edən! Bəlkə faktla deyim ki , mədrəsəndə neçə şəyird evdə oturub təhsil alır, neçəsini də qonşu köylərə hədiyyə etmisən ki, ağ olmasın?

Bunları hələ saxlayiram, demirəm. Çün, əxlaq sahibiyəm. Əmma həqqi də dana bilmərəm. Bu dediklərimi paylaşsam, sizin bərəlmiş gözlərinizi, qaralmış sifətinizi, topuq vuran dilinizi xəyal edirəm….

Kepkamı qənşərimdəki kətilin üstünə qoyub çorta getmişəm. Ha fikirləşirəm, bir qərara gələ bilmirəm ki, ayə, birdən fələklər mayallaq vurdu, dövri-zəmanə üzünü tərsə çevirdi və sizin cani-dildən qulluğunda müntəzir olduğunuz adamın stulunu əlindən alıb başqa birinə ərməğan elədilər. Onda nə edəcəksiniz? Yenə də bu şəxsi mədh edəcəksinizmi? Heç inanmam… Vallahi və  billahi ki, dürlü- dürlu, xoruz səsi eşitməyən mədhiyyələrinizin şəklin çəkib saxlayiram ki, sizin rəhbərin sələflərinə ötürüm. Ki, gələcəkdə bilsinlər kim hansı məzhəbə qulluq edib.

Düzdür hələ hakimi-əyalət də məsələni çözüb qərara gələ bilmir, əmma aqil adamdır. Nəhayət ki,  bir yolun bulub əncam çəkər. O ki qaldı mənə, əşyayi-dəlilləri günün birində sizə nümayiş etdirəcəm. O zaman ki hərə özünü görəcək, nə halə düşəcəksiniz, daha orasını mən bilməm…

Sözümün nəhayəti, bu qəzetə və onun sahibi həqqi danmadı. Həm də çəkinmədən sizləri ayıltmağa çalışdı. Həqqi qəbul etməsəniz də, sağ olsun ki, təhsili-milli haqqında gerçəyi nəzərlərə çatdırdı. Yaxşı ki, sizlərlə yanaşı, papaq altında belə oğullar da var!..
İndi isə bir zəhmət, gedin fikirləşin….

Mirzə Cəlil müəllimdən…

GUNinfo.az

Bənzər yazılar

SON DƏQİQƏ!Hadrutda qisas əməliyyatı – Yandırılan və öldürülən hərbiçilərimizin qanı yerdə qalmadı – VİDEO(18+)

admin

DƏHŞƏT: Məktəbli oğlan bütün ailə üzvülərini öldürdü – GÜLNARƏ EVƏ DAXİL OLAN KİMİ…

admin

Prezident Mehriban Əliyeva haqda: “Onu inandırmaq üçün…”

admin

Qarabağda ŞOK AN! Xüsusi Təyinatlılarımız 3 erməni polkovnikini belə əsir götürdü – VİDEO

admin

DİQQƏT!Azərbaycan Ordusu Laçın dəhlizində – Müzəffər əsgərlərimiz də yola nəzarət edəcək – VİDEO

admin

ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağla bağlı bəyanat yaydı – SON DƏQİQƏ

admin