Guninfo.az
Image default
BANNER CƏMİYYƏT

“İranın verdiyi mükafat bizə lazım deyil”: Polad Həşimovun anası medalı qaytardı və… – ŞOK TƏFƏRRÜAT

“İranın verdiyi mükafat bizə lazım deyil”

Bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Dini Lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

“SAVAŞ” xatırladır ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Tvitter” səhifəsində paylaşım etmişdi.

Səfir bildirmişdi ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan üzrə nümayəndəsi Əli Əkbər Ocaqnejadla birlikdə general şəhid Polad Həşimovun evində olub.

Qeyd edək ki, səfir bildirib ki, onlar öldürülmüş general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim ediblər.

Lakin şəhid general Polad Həşimovun ailəsi xəbəri təkzib edib.

Sosial şəbəkədə yayılan məlumata görə, Polad Həşimovun anası Səmayə xanım mükafatı almadıqlarını bildirib.

“İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”-deyə, Səmayə ana bildirib.

Polad Həşimovun qardaşı İlham Həşimov Günaz.TV-yə açıqlamasında xəbəri təsdiq edib.

“Bəli, xəbər doğrudur. Biz o mükafatı qəbul etməmişik. Şəhid general-mayor Polad Həşimovun adından sui-istifadə etməsinlər”.

Bənzər yazılar

TƏCİLİ XƏBƏR YAYILDI! İsmət Qayıbov və General Məhəmməd Əsədov SAĞDIR? – ŞOK VİDEO

admin

AKSİYA: “Akkord”un işçiləri ETİRAZA QALXDI – “Maaşımızı verin, vallah, DOLANA BİLMİRİK”

admin

İcra başçısının Moskvada ŞOK BİZNESİ:İri şirkətlər, otellər, bahalı mülklər və ofşar hesablar… VƏ NƏLƏR – İDDİA

admin

Ermənistan ordusu da hərəkətə keçdi:Yüzlərlə zirehli texnika,raket, artilleriya qurğuları və 7500 hərbçi…- RƏSMİ

admin

ŞOK GƏLİŞMƏ!Rusiya ÇALXALANIR! – Putinin Maskası BELƏ CIRILDI +Video

admin

XƏBƏR AZ ÖNCƏ YAYILDI:Rusiyanın Dağıstan və Ermənistandakı ən böyük ordu qüvvəsi hərəkətə keçdi – RƏSMİ

admin