Guninfo.az
Image default
BANNER ƏYALƏT

Nazir müavini Firudin Qurbanovun Sloveniyadakı otelləri və şirkətləri – İDDİA

2014- cü ildən  Azərbaycan Respublikasının təhsil nazirinin müavini  təyin edilən  Firudin  Qurbanov   rəsmi  tərcümeyi-halına nəzər salaq.

Firudin  Qurbanov  1952-ci ildə Ağsuda anadan olub. Sonra keçmiş  “Narxoz”u bitirib. Sonralar isə xeyli müddət müxtəlif nazirliklərdə  orta ranqlı  vəzifələrdə çalışıb.

F.Qurbanovun  ömür yolunda daha bir maraqlı məqamda var. Qurbanov 2015-ci ilin  may ayında Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti seçilib. Təsəvvür edirsiniz, 2015- 1952 = 63 yaşlı qosqoca kişi, gənc futbolçu tələbələrin  rəhbəri seçilib. Məncə, əlavə şərhə ehtiyac yoxdur. Wikipediya-da yazılanlara görə, Firudin müəllimin futbolumuzun “inkişafında  böyük əməyi” olub. Belə kadrların ucbatından da futbolumuzun  hansı səviyyədə olması hamımıza gün kimi aydındır.

Bununla yanaşı  Firudin Qurbanov  bir müddət də BDU-da rektor əvəzi işləyib. Həmin dövrün  canlı şahidləri deyir ki, rektor əvəzi BDU-nun olub, qalan nüfuzunu da  zay günə qoyub.

Tələbələrin xaricdən köçürülməsinin qiymətləri Firudin müəllimin sayəsində  çox bahalaşdı. Müəllimlərin işə tam və yarımştat düzəlməsi, saathesabı dərslər Firudin müəllimin sehrli çubuğu ilə qalxdı. Firudin müəllim kimlərisə işə düzəldəndə təkcə pul-paranı deyil, məmurların sevgisini də nəzərə alırdı. Beləcə, cənab rektor əvəzi  BDU-nun köhnə bazarına təzə nırx qoydu. Hələ Firudin müəllimin məmur dostlarının uşaqlarının  imtahanlarını tapşırmaq, qayıb sildirmək və s. adi normaya çevrilmişdi.

Bəli, Firudin Qurbanov millətin təhsili üzərində özünə əməlli-başlı biznes qura bilib.  Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.

Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu “Slatina” oteli yerləşir. Eyni ünvanda daha bir şirkət – HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir.

Bəli, Firudin müəllim həm də yaxşı tacirdir. Xidmət və ticarət sahəsinə  təcrübəli kadrdır. Amma qanunlarımız məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Ancaq belə qadağalar bizim məmurların gözünə görünmür.”Gundəlikbakı”

Bənzər yazılar

ƏHALİYƏ XƏBARDARLIQ:Qaz limiti ləğv edilir? – Azəriqaz”ın baş direktorundan şok AÇIQLAMA

admin

SON DƏQİQƏ: Düşmənin minlərlə əsgəri, çox sayda texnikaları, bir S-300 və Su-25 təyyarəsi belə MƏHV ETDİ – Anbaan video

admin

Prezidentdən sevindirici TVİT: Qubadlı və Xocavəndən xəbər var – SON DƏQİQƏ

admin

TƏCİLİ!3-CÜ DÜNYA MÜHARİBƏSİNİN BAŞLANMASI AN MƏSƏLƏSİ – Rusiya və Çin qırıcıları Yaponiya sərhəddin keçdi

admin

SON DƏQİQƏ!Xocavənddə ƏMƏLİYYAT KEÇİRİLDİ: həbs olunanlar var – VİDEO

admin

SON DƏQİQƏ:Türkiyədə terror aktı törədilib, ölən və yaralananlar var

admin