Guninfo.az
Image default
BANNER RƏSMİ

Prezident su ilə bağlı mühüm FƏRMAN İMZALADI – son dəqiqə

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

GUNinfo.az-ın  məlumatına görə, Fərmanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməyi; Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ESTİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməyi və bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş ESTİS haqqında Əsasnamə”nin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etmək və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabinetinə ESTİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görçək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Bənzər yazılar

Qarabağa gələcək Türkiyə hərbçilərinin sayı bəlli oldu – Rusiya MN-dən AÇIQLAMA

admin

ÖLKƏ ŞOKDA: Az öncə 3 nazir həbs edildi – SON DƏQİQƏ

admin

Gecə saatlarında rus əsgərlərinə gözlənilməz hücum – çox sayda ÖLÜ VƏ YARALI VAR

admin

Ter-Petrosyan: “1997-ci ildə sülhə son dərəcə yaxın idik, Köçəryan imkan vermədi”-VİDEO

admin

ƏHALİYƏ XƏBARDARLIQ:Qaz limiti ləğv edilir? – Azəriqaz”ın baş direktorundan şok AÇIQLAMA

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin