Guninfo.az
Image default
BANNER RƏSMİ

Rusiyanın ermənipərəst baş diplomatı Sergey Lavrovun Bakı səfərinin ŞOK DETALLARI

 Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi keçirdiyi brifinqdə Lavrovun Azərbaycana səfər edəcəyini bildirib

Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək. Rəsmi bildirib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistanda səfərdə olacaq.

S.Lavrovun Bakı səfərinin görünən və görünməyən tərəflərini müzakirə etmək məqsədi ilə politoloq, Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər üzrə mütəxəssis Dos.doktor Xaliq Şükürova mövzu ilə əlaqədar suallar ünvanladıq.

GUNinfo.az həmin müsahibəni təqdim edir:

  • Xaliq müəllim qısa desək S. Lavrov Bakıya niyə və nə üçün gəlir?

-Bununla bağlı siyasilərimizin çoxsaylı izahları və fərqli münasibətləri olsa da biz düşünürük ki, Azərbaycanla Rusiya arasında münasibətlər dövlətin birinciləri arasında həll olunur. S. Lavrov bu kimi məsələlərdə sadəcə məktubçu rolunu oynayır. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etmək ərəfəsindədir. Bunu da ABŞ və Qərb istəmir. Siyasi cəhətdən bu, Azərbaycana da sərf eləmir. Azərbaycanın öz ərazilərinin işğaldan azad olunmasında Ermənistanın qərb yönlü siyasət sərgiləməsinin rolu böyük oldu. Məhz bunun nəticəsidə Rusiya-Ermənistan münasibətləri gərginləşdi və Azərbaycan Türkiyənin, Pakistanın, Britaniyanın, İsrailin və digər dövlətlərin siyasi dəstəyi ilə uğur qazandı. Qısa desək, Ermənistanda yenidən Rusiya yönlü siyasi hakimiyyətin formalaşması Azərbaycan ,Türkiyə, ABŞ və Qərbin siyasi maraqlarına uyğun deyil. Bunu da Rus siyasiləri bilirlər və bu məqsədlə də S. Lavrov Bakıya gəlir ki, siyasilərimizə bildirsin ki, biz Ermənistanda hakimiyyətə istədiyimizi gətirdikdən sonra sizinlə yaxşı münasibətdə olacağıq, bunun sizə ziyanı olmayacaq. Qısa desək S.lavrov həmişəki kimi Bakıya bizi aldatma məqsədi ilə gəlir.

  • Bu səfər zamanı üçtərəfli sazişlərin reallaşması məsələsi olacaqmı?

-Onu qeyd etmək lazımdır ki, rəsmi üç tərəfli razılaşmada Ermənistan Rusiyanın kuklası olaraq yer alıb. Sazişdə bütün öhdəliklər demək olar ki, Rusiya dövlətinin üzərinə düşür. Əslində bu sazişdə üç əsas tərəf Rusiya, Azərbaycan, Türkiyə bir də kukla olan tərəf kimi Ermənistan var. Ermənistanın son bir neçə ili Rusiyanın təsir dairəsindən çıxaraq qərbə meyl etməsi Rusiyanı Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmağa çalışmasıdır. Bu səfər zamanı üçtərəfli sazişlərin reallaşması ilə əlaqədar hər hansı bir məsələnin olacağı inandırıcı deyil. Biz bir məsələni anlamalıyıq ki, bizim xarici düşmənimiz Rusiya dövlətidir, daxili düşmənimiz isə Rusiya dövlət beşinci kalonun məsublarıdır.

-Sizcə Azərbaycan nə etməlidir ?

-Dövlət ərkanı ilə S.Lavrovu qəbul edib yola salmalı, lakin öz maraqlarına uyğun addımlar atmalıdır.

  • Yəni nə etməli ?

-Ermənistanda Rusiyanın maraqlarına uyğun siyasi hakimiyyətin formalaşmasına razı olmamalı, əksinə buna mane olmalıdır. Hal-hazırda Ermənistan Rusiyanın əlində Azərbaycana və Türkiyəyə qarşı bir kukla dövlətidir. Türkiyə ABŞ və qərb Rusiyanın əlindən kuklasını almaq istəyirsə biz də buna öz köməyimizi etməliyik.

  • Bu məsələlərdə Ermənistanın çıxış yolu nədir və nə etməlidir ?

-Ermənistan xalqı və siyasiləri Rusiyanın kuklası olmaqdan imtina edərək, Azərbaycanla və Türkiyə ilə iqtisadi siyasi razılaşmalara gedərək, regional inkişafdan faydalanmalıdır.

GUNinfo.az

Rza

Bənzər yazılar

General Elçin Quliyev işdən çıxarıldı? – DSX-nin YENİ RƏİSİ BU ŞƏXS OLACAQ – FOTO

admin

Bakının mərkəzində silahlı ÇATIŞMA – Polis əmrə tabe olmayan şəxslərə güllə YAĞDIRDI – YARALILAR VAR

admin

RUSİYADAN ŞOK RAZILAŞMA! Xocalı və Şuşanın kəndləri bu şərtlərlə qaytarılır, əvəzində… – VİDEO

admin

TƏCİLİ! İcra başçısı və vəzifəli şəxslər HƏBS EDİLDİ – FOTO

admin

ABŞ-ın F-35A döyüş təyyarələri nüvə zərbələri endirdi – ŞOK GƏLİŞMƏ(VİDEO)

admin

“Bakı Metropoliteni” QSC-ni yağmalayan Zaur Hüseynovun oğlunun TOPDAĞITMAZ biznesi – VİDEO

admin