31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
BANNER MANŞET

ŞOK AÇIQLAMA:Gənclər və idman naziri postu uğrunda BÖYÜK SAVAŞ BAŞLADI – Real namizəd KİMDİR? – ADLAR

Gənclər və İdman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta kimin daha şanslı olması haqda müzakirələr intensivləşib.

GUNinfo.az -a daxil olan məlumata bu posta ən iddalı namizədlrdən biri 2018-ci ildə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilən Fərhad Hacıyevdir.
Hakim komandada etimad göstərilən F.Hacıyev 2000-2001-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının şöbə müdiri, məclis sədri, baş katibi vəzifələrində çalışıb. 2001-ci ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində bölmə müdiri vəzifəsində, 2002-2011-ci illərdə bölmə müdiri olub. 2011-2018 – ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsini daşıyıb.
Bir neçə sosial medada isə nazir postuna gətirilməsi ehtimal olunan başqa adamların siyahısını yayıb.
Sayt iddia edir ki, şanslı namizəd kimi adı hallandırılan şəxslərdən biri Yusuf Məmmədəliyevdir.
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi vəzifələrini daşıyan Yusuf Məmmədəliyev hazırda sözügedən sahəni kurasiya edir. Görünür, elə bu səbəbdən də onun adı ən şanslı namizədlər sırasında ilk olaraq çəkilir.
Mövzuyla bağlı adı hallandırılanlardan biri də Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevdir. Məlumat üçün bildirək ki, bu şəxs 20 ildir nazir müavini postunu tutub və onun şanslarını yüksək dəyərləndirənlər məhz bu amili xüsusi olaraq qabardırlar.
Onlar hesab edir ki, Gənclər və İdman Nazirliyinə kənardan başqasını gətirməkdənsə İntiqam Babayevin namizədliyi üzərində dayanacaqlar. Lakin İntiqam Babayevina adı Hesablama Palatasının yoxlamalarından sonra korrupsiya qalmaqallarında sıx-sıx hallanır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adı da yeni nazir postuna iddialı şəxslər arasında çəkilir.
Qeyd edək ki, Fuad Muradov bu sektora yad sayılmır. Təkcə bir məqamı xatırladaq ki, o, eyni zamanda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri vəzifəsində olub. Bununla belə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsində olduğu dövrdə 2-ci Qarabağ müharibəsinin gedişatı zamanı diaspor təmsilçiləri ilə Komitə arasında fikir ayrılıqları və təltiflərdən imtina ilə bağlı qalmaqallar, rəsmi və qeyri-rəsmi tənqidlər onun nazir postuna gedən yolunu bağlayan faktor kimi dəyərləndirilir.
Dəyərləndirilən namizədlər arasında Elnur Aslanovun da adı var.
O, 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri kimi məhz Azad Rəhimovla birgə gənclər siyasətini koordinasiya edib.
Bununla belə E.Aslanovun gənclər və idman naziri olmaq ehtimalı azdır. Ən azından onun hazırda siyasi proseslərdə iştirakı gözə dəymir.Bakupost.az

Bənzər yazılar

ÖLKƏ ŞOKDA!İranda pul əsginazları və çeklər üzərinə Azərbaycanla bağlı ŞOK ŞÜAR – FOTO

admin

SOS!Azərbaycanın bu məşhur məktəbində koronavirusa KÜTLƏVİ YOLUXMA – rəsmi

admin

SON DƏQİQƏ!Yunanıstan Türkiyə sərhədinə ordu yeritdi, ada işğal olundu – FOTO

admin

Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

admin

TƏBİB-də xüsusi əməliyyat: Ramin Bayramlı HƏBS EDİLİR? – son dəqiqə

admin

Özünə ad günü keçirib qızıl bəxşişlər alan, 187 saylı məktəbin direktoru xüsusi karantin rejimi qaydalarını belə pozdu- VİDEO

admin