Guninfo.az
Image default
BANNER ƏYALƏT

ŞOK İDDİA! “Qubanın icra başçısı 200 nəfərin kartını belə mənimsədi” – VİDEO

Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.

GUNinfo.az bildirir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir:

“Mən rayonla bağlı böyük araşdırma film hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. rayona 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Aparatının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra – mayın 8-i 10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndəliyini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.

Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:

Bənzər yazılar

“Azəriqaz”dan növbəti saxtakarlıq: Yaşayış olmayan evə borc yazıldı – FOTO

admin

Ermənilərin bu gecə məhv edilən hərbi texnikasının – SİYAHISI

admin

Koronavirusdan dəhşətli bu bəla gəlir, yüzmilyonlarla insan öləcək – PROFESSORDAN SON DƏQİQƏ AÇIQLAMASI

admin

Kəmaləddin Heydərov da yola salınır: FHN ləgv edilir – SON DƏQİQƏ

admin

Patriot.az saytının 5 yaşı tamam olur

admin

Azərbaycan hərbçiləri Göyçə gölünun yanında “Nə oldu Paşinyan” deyib rəqs etdi – VİDEO

admin