10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
BANNER MANŞET

SON DƏQİQƏ! DTX mühüm məlumatlar yaydı – RƏSMİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak edib.

Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.Sonxeber.az

Bənzər yazılar

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi – SON DƏQİQƏ

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin

Nura Suri 18+ fotoları ilə diqqət çəkdi – FOTOLAR

admin

Novxanıda Ramiz Mehdiyevin 155 hektar torpaq sahəsi üzə çıxdı – FOTOFAKT

admin

Azərbaycan Ordusu xeyli sayda erməni polisin belə MƏHV ETDİ – SON DƏQİQƏ

admin

Daxili işlər nazirliyi əməkdaşlarından xüsusi əməliyyat – HƏBS EDİLƏNLƏR VAR

admin