Guninfo.az
Image default
BANNER KRİMİNAL

SON DƏQİQƏ!Mərdəkanda və Yasamalda silahlar işə düşdü – yaralılar var

Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 11-i gecə saat 02 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında 9 nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib.

N.Səfərov Ə.Məmmədovu söyüşlə təhqir edərək evindən çıxıb küçəyə gəlməyə səsləyib. Bu zaman Ə.Məmmədov tüfənglə havaya 3 dəfə atəş açıb və qırmalardan bir neçəsi N.Səfərova dəyib.

Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri – 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar Quliyev, 42 yaşlı Ceyhun Abbasov, 35 yaşlı Nəsib Quluzadə, 29 yaşlı Əziz Sadıqov, 24 yaşlı İsmayıl Məmmədov, 23 yaşlı Xeyrulla Səfərov, Fikrət Tağıyev və 21 yaşlı İzzət Məmmədli saxlanılıb. X.Səfərov N.Səfərovun qardaşıdır.

Əli Məmmədovdan “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən axşam Yasamalda da binaya atəş açılıb.

Bənzər yazılar

“Respublika” qəzeti korrupsioner melioratorun yalanlarını niyə və neçəyə tirajladı? – İfşaedici TƏHLİL

admin

“Dəfələrlə müraciət edilsədə, Astaranın icra başçısı və deputatı maraqlanmadı” – Qazi prezidentə üz tutdu(FOTO)

admin

İngiltərədən Rusiyaya ŞOK ZƏRBƏ: Ukraynanın müdafiəsi üçün Qara dənizə hərbi gəmilər göndərdi

admin

İlham Əliyevin açılışını etdiyi olimpiya kompleksi əvvəl girov qoyuldu, indi isə SÖKÜLÜR

admin

SON DƏQİQƏ!Azərbaycan Ermənistanı qazla təmin edəcək – Moskvanın Bakıdan ŞOK TƏLƏBİ

admin

SON DƏQİQƏ!Deputat Lalə gülü toplayıb, şəkillər çəkdirib POZ VERDİ – FOTO

admin