Guninfo.az
Image default
BANNER ƏYALƏT

TƏCİLİ!Azərbaycan ordusu yenə irəlilədi: Xocalı və Xankəndi ilə bağlı gizli razılaşma – Ermənilər ŞOKDA

“ “Xankəndi Azərbaycanın nəzarətinə keçəcək” cümləsi Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub. Ermənilər iddia edirlər ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılmasıyla bağlı bənd yoxdur. Ona görə də də guya Xankəndi rəsmi Bakının tabeçiliyinə verilə bilməz. Belə bir bənd bəyanatda yoxdursa, erməni separatçıları niyə narahat olublar”?

GUNinfo.az  xəbər verir ki, bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu edib. Siyasi şərhçi deyir ki, erməni separatçılarının narahatlığı üçün əsaslar kifayət qədərdir:

Elxan Şahinoğlu Köçəryana: “Gücünüz qalıbsa, göstərin...”

“Birincisi, Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Ancaq Azərbaycan yerdə qalan hədəflərə də çatmalıdır. Misal üçün prezident İlham Əliyev də qeyd edib ki, “biz Xocalıya qayıdacağıq”. Bu o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar. Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankədinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları anlayırlar.

İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan ordusunun bölmələr Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan ordusu Qarabağda tədricən irəriləyir. Bu Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə postlarımızı iləri çəkməliyik”.

Elxan Şahinoğlu bildirdi ki, Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan ordusunun irəriləməsinə mane ola bilməyəcək. Ona görə də erməni separatçıları yeganə həll yolunu Ruaiyanın bu prosesin qarşısını almaqda görürlər.

Dağlıq Qarabağ separatçılarından təxribat: Bako Saakyan təmas xəttinə gəldi

“Erməni separatçıları istəyirlər ki, Azərbaycan ordusunun yenə əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərinin Qarabağda saylarının artmasıyla bağlı şübhələr var. Halbuki, 10 noyabr bəyanatına görə Qarabağda rusiyalı hərbçilərin Qarabağdakı sayı 1960 nəfər olmalıdır. Ancaq hətta sayın artıq olduğunu fərz etsək, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur. Digər tərəfdən erməni separatçıları ondan da qorxular ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirə bilər.

Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşmələri və fikir mübadilələri aparması də erməni separatçılarını narahat edir. Bakı ilə Ankara Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan – Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur”.

İrəvan Ərdoğanın Şuşaya gəlişinə baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Laçın dəhlizi üzərindən Xankəndiyə gəlişi ilə cavab verə biləcəyini deyən siyasi şərhçi xüsusilə vurğuladı ki, Paşinyan anlamalıdır ki, seçki öncəsi Xankəndiyə gələrsə Qarabağ erməniləri keçmiş dövrlərdən fərqli olaraq onu bu dəfə gül-çiçəklə qarşılamayacaqlar. Çünki, Paşinyanın Xankəndiyə gəlişini Moskva da istəməz.

Bakupost.az - Laçın dəhlizi quldurların üzünə qapanır: İrəvana kritik  xəbərdarlıqlar...

“Bu hal həm Qarabağda, həm də azərbaycanlılarla ermənilərin arasında dayanan rusiyalı hərbçilərin problemlərini artırar. Onsuz da Azərbaycanda ən çox səslənən tələblərdən biri budur ki, Laçın dəhlizi nəzarət altına alınmalıdır.

Aydındır ki, Rusiya Gürcistinda, Moldovada və Ukraniyada formalaşdırdığı separatçı bölgələr vasitəsilə “parçala vö hökm sür” siyasətini həyata keçirir. Rusiyanın Qarabağda hərbçilərinin yerləşdirilməsinin məqsədi də budur. Ancaq Rusiyanın Qarabağda hərbi varlığının Moskva üçün çətinlikləri də var. Moskva erməni separatizminin ayaqda qalmasına çalışaraq Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsini istəməsə də, Bakı ilə Ankaranın Qarabağda birgə atacağı addımları neytrallaşdırmaqda çətinlik çəkəcək. Moskvada onu da anlayırlar ki, Qarabağda separatizmin yox edilməsinin əngəllənməsi Azərbaycan və Türkiyə ilə indiki tərəfdaşlıq münasibətlərinı poza bilər”.

Bənzər yazılar

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin

SAVAŞ VADİSİ:Erməni ordusu və baş nazirinin kabusuna çevrilən “qarapaltarlı” Xüsusi Təyinatlılar KİMLƏRDİR? – Foto

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ:Ordumuz düşmənin komanda məntəqəsin darmadağın etdi – ANBAAN VİDEO

admin

ŞOK GƏLİŞMƏ! Rusiya Ağdam, Kəlbəcər və Laçın rayonları ilə bağlı TƏCİLİ MƏLUMAT YAYDI – NƏ BAŞ VERİR

admin

Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı film kimi cinayətdə – ŞOK GƏLİŞMƏ

admin

Qurtuluşumuzun, xilasımızın səbəbkarı Ulu Öndər Heydər Əliyevdir – Füzuli İH

admin