8 C
BAKI
24 Yanvar 2021
Guninfo.az
Image default
BANNER RƏSMİ

Üç nazirliyə yeni səlahiyyət verildi – Prezidentən mühüm FƏRMAN

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirəcək.
GUNinfo.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, həmin Qanunun 26.4-cü maddəsində “orqan (qurum)” dedikdə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.
Təhlükəli yüklərin daşınmasına münasibətdə Fövqəladə Hallar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri nəzərdə tutulur.
Qeyd edək ki, həmin Qanunun 26-cı maddəsində avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması məsələləri öz əksini tapıb.

Bənzər yazılar

SON DƏQİQƏ! Türkiyə Ordusu əməliyyata başladı: Daşı-daş üstündə qoymadılar

admin

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin

“İran, Azərbaycandan torpaqlarını mütləq geri almalıdır” — Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvündən ŞOK AÇIQLAMA

admin

Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı – icra başçısı isə… FOTOLAR

admin

8 saylı Tovuz Regional Sukanal İdarəsində nələr baş verir

admin

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

admin