19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

ƏHALİNİN NƏZƏRİNƏ!Qaz limiti ilə bağlı daha bir vacib xəbər : Hər kəs oxusun +İZAHLI VİDEO



Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Bəs smart karta qərarın qüvvəyə mindiyi gündən əvvəl yüklənən vəsaitlərin aqibəti necə olacaq?

GUNinfo.az  Xəzər TV-yə istinadən xəbər verir ki, qaz limiti ilə bağlı edilən dəyişiklik bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb.

“Azəriqaz” İstehsalat Birliyinin şöbə müdiri Ceyhun Səfərov “Xəzər Xəbər”ə bildirdi ki, artıq bu ayın 1-dən etibarən smart karta yüklənən vəsaitlər yeni tarifə əsasən hesablanır.

Qurum rəsmisi qərarın qüvvəyə mindiyi gündən əvvəl smarta karta köçürülən vəsaitlərlə bağlı duruma da aydınlıq gətirib.

O deyib ki, iyulun 1-dən əvvəl karta yüklənən vəsait əvvəlki tariflə hesablanacaq.

Ceyhun Səfərov mexaniki sayğaclarda limitin yeni tariflə hesablanacağı vaxtı da açıqlayıb.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

 

 

Bənzər yazılar

TƏCİLİ!Xətai rayonunda insanlar küçələrə axışdı – ETİRAZ AKSİYASI

admin

SON DƏQİQƏ: Ermənistanda SƏFƏRBƏRLİK ELAN EDİLDİ, vətəndaşlar yenidən orduya çağırılır – ŞOK SƏBƏB

admin

İcra başçısı birinci müavin və baş memarı işdən çıxardı

admin

SON DƏQİQƏ:Bakı Metropolitenində nə baş verir? – TƏCİLİ MƏLUMAT YAYILDI

admin

Azərbaycanda polkovnik və qardaşı vəfat etdi – EYNİ GÜNDƏ (FOTOLAR)

admin

SON DƏQİQƏ: Cəbhədən məktub gəldi

admin