17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

1918-ci il sərhədlərinin bərpası tələbi: Zəngəzur və digər ərazilər Azərbaycana QAYTARILIR? – AÇIQLAMA



Rusiya prezidenti Vladimir Putin SSRİ vaxtında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin şərti olduğunu bildirdi və indi onun müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasına yardım edəcəklərini vurğuladı.

GUNinfo.az bildirir ki, Putinin bu açıqlamasını KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Putin delimitasiya və demarkasiya prosesində iki ölkə arasında problemin davam etməsində maraqlı görünür: “Azərbaycan və Ermənistan arasında SSRİ vaxtında tikanlı məftil olmasa da, şərti sərhədlərin haradan keçdiyi, eləcə də iki ölkənin hüdudları müəyyən edilmişdi. Putinin bu fikirləri isə Ermənistanın iddialarına xidmət edir. Əgər belədirsə, o zaman Azərbaycan 1918-ci il sərhədlərinin bərpasını tələb etməlidir.  Zəngəzur və digər böyük ərazilər Azərbaycana məxsus olduğu üçün qaytarılmalıdır”.

Bütün icra başçıları dəyişilməlidir” - Məhəmməd Əsədullazadə

Politoloq əlavə edib ki, əgər Rusiya sərhədlərin delimitasiyasında vasitəçi olacaqsa, bu zaman problem davam edəcək: “Ona görə də Azərbaycan rəsmi şəkildə Ermənistana ikitərəfli danışıqlar aparmağı təklif edib. Heç bir ölkənin vasitəçiliyi olmadan danışıqlar aparılarsa, o zaman proses uğurla yekunlaşacaq. Amma Ermənistanın bu təklifi qəbul edəcəyi gözlənilmir.

Bənzər yazılar

SON DƏQİQƏ:Putin beş naziri istefaya göndərdi

admin

Azərbaycanda bu tarixdən SƏRT QADAĞALAR GƏLİR:Brifinqin vaxtı məlum oldu – Karantin sərtləşdirilir

admin

Erməni deputat İranı Azərbaycana qarşı sərt tədbirlərə çağırdı: “Əlaqəni kəsirlər, təcili…”

Fikrət Fərhadoğlu

Baydenin köməkçisi ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmasını mümkün sayır

admin

Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni hərbçini sərbəst buraxdı – VİDEO

admin

SON DƏQİQƏ! Prezident də koronavirusa yoluxdu – RƏSMİ AÇIQLAMA

admin