19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

ŞOK! Həmidə Ömərova Polad Bülbüoğlu ilə ailə qurub – Xalq artistindən AÇIQLAMA(FOTOLAR)



Xalq artisti Həmidə Ömərova “Klip+” verilişinin qonağı olub.

GUNinfo.az bildirir ki, aktrisa kliplərə çəkilməməsindən danışıb:

” Mənim kimi statuslu aktrisaların klipə çəkilməsi üçün maraqlı süjet olmalıdır. Klipin özünün audoviziual estetikası olmalıdır. Aktyorda burada özünü yaxşı göstərmək istəyir. Hər aşiqin öz dövranı var”.

H.Ömərova sənətdə qarşılaşdığı haqsızlıqlardan bəhs edib:

“Hər aşiqin öz dövranı var. Hər zaman susmaqla mübarizə aparmışam. Hər an uçurum qarşısındasan, güc tapmalısan ki, ordan yıxılmayasan. Səddi aşmalısan, amma həddini qorumalısan. Çox çətindi sənədlə ailəni bir tutmaq. Mütləq xırda qurbanlar verirsən. Uşağım balaca olanda onu çəkiliş meydançaslna aparırdım. Övladım uşaqlığını istədiyi qədər yaşamayıb. Ona görə də gec böyüdü, uşaqlığından gec ayrıldı. Hər sənətkar bu problemlə rastlaşır”.

H.Ömərova “Yenidən aparıcılıq etmək istəyərsiniz” sualına “Heç vaxt razılaşmaram. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. 22 il “Retro” aparmışam. 30 il aparıcı çalışmışam. Bu bəsdir” cavabını verib.

H.Ömərova bir vaxtlar Polad Bülbüloğlu ilə ailə qurması barədə yayılan xəbərə münasibət bildirib:

“Bir dəfə demişdilər ki, hətta toy şəkli də var. And da içirdilər ki, göstərəcəyik. Deyirdim, gətirsinlər baxım, maraqlıdır. Bəzən insanlar xülyalarını gerçəkləşdirmək istəyirlər. Ekranda aktyorları sevgili kimi görəndə, realda da belə olsun istəyirlər. Hətta deyirdilər açıq-saçıq səhnələrdə çəkilmişəm. Nə edim, belə xəbərlərə reaksiyam qəribə oldu. İnsanların işləri-gücləri qurtarıb? Yəqin paxıllıq hissi ilə bağlıdır”.

big.az

Bənzər yazılar

Ordumuz tarix yazır: Cəmi 6 saat atəşkəs… – VƏ MÜHARİBƏYƏ DAVAM

admin

Erməni ordusunda korona böhranı: sürətlə yayılır

admin

TƏCİLİ! – Azərbaycanın qırıcı təyyarələri “düşmən”ə zərbələr endirdi – VİDEO

admin

Azərbaycanda bu şəxslər ORDUYA TOPLANIR – SMS göndərilməyə BAŞLANDI

admin

Vətəndaşlar cəbhəyə getmək üçün axın edir – QÜRURVERİCİ GÖRÜNTÜ – ŞOK VİDEO

admin

Azərbaycanda bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd veriləcək? – VİDEO

admin