13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Azərbaycan Dillər Universitetinin qarşısında COVID-19 pasportu izdihamı – VİDEO

Daha bir universitetin qarşısında tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması zamanı qapıda sıxlıq yaranıb. 

GUNinfo.az  bildirir ki, sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin qarşısında sıxlığın yaranması barədə videogörüntü yayılıb.

Azərbaycan Dillər Universitetindən saytımıza bildirilib ki, paylaşılan görüntülərdəki şəxslər universitetin inzibati binasına buraxılmayan valideynlərdir.

Qeyd edək ki, sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. Universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Xatırladaq ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu, COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir. / Oxu.az

Bənzər yazılar

Deputatın qızının bağçasında 7 yaşlı Türkiyə vətəndaşına ağır xəsarət yetrilib – AÇIQLAMA

Fikrət Fərhadoğlu

Erməni ordusunda korona böhranı: sürətlə yayılır

admin

“Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır…” İlham Əliyev

Fikrət Fərhadoğlu

“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” – Poqosyan

admin

“12-ci imam”dan sensasiyon məlumat: “Villa zirzəmisində xüsusi otaq, əxlaqsız işlər və ani VƏHY” – DİN-dən AÇIQLAMA

Fikrət Fərhadoğlu

Təhlükəsizlik Xidməti HƏRƏKƏTƏ KEÇDİ: Sərhəddə NÖVBƏTİ GƏRGİNLİK – Çox sayda ölü və yaralı var

admin