18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Azərbaycan qurucusu Heydər Əliyevlə dünənimiz və bu günümüz – RAKURS

Diqqətlə düşünəndə bir daha dərk edirəm ki, dünənimiz, bugünümüz və gələcəyimizlə bağlı bütün əlamətdar günlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əbəs yerə deyil ki, Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında bu cür günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür.

Məhz 3 oktyabr tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümumilli Lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxaran yeganə insan oldu. Ümummilli Lider andiçmə mərasimində: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” deyə bildirmişdi.

Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.

Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bugünkü müstəqil, qüdrətli Azərbaycan dövləti də olmayacaqdı. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyulub, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qaytarılıb.

Dahi şəxsiyyət Heydər Əliyev ölkədə formalaşan siyasi sabitliyin davamlılığını təmin etmək üçün özünün elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasını irəli sürüb və mərhələlərlə onun icrasına nail olub. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının mümkünsüz hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdurş

Və bu gün Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün fəaliyyətini insanlara qayğı, diqqət, vətəndaşlarının rifahının yüksəldilməsi və ən əsası müstəqil Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması həyata keçirərək öz dövrünün sərkərdəsinə çevrilib.

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəşid Heydərov

Bənzər yazılar

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin

Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək – SƏRƏNCAM

admin

“Metro, restoranlar, ticarət mərkəzləri, ictimai iaşə müəssisələri yenidən bağlanır” – Şöbə müdiri AZ ÖNCƏ AÇIQLADI

admin

Qızlar, imkanlı şəxslər, tanınmış simalar… – Gizli partidən görüntülər yayıldı: Polis hərəkətə keçdi / VİDEO

admin

“KONTAKT HOME” BARƏSİNDƏ TİRAJLANMIŞ MƏQALƏ ƏSASSIZDIR – AÇIQLAMA

admin

SON DƏQİQƏ! Avtobuslarda gediş haqqı artırıldı – AÇIQLAMA

admin