18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Azərbaycan xalqının uzun əsrlik tarixinə qızıl hərflərlə yazılacaq başlanğıc

Müzəffər Ali baş komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə, müzəffər milli ordumuzun şücaəti sayəsində otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın quldur ordusundan azad edildi.

Haqq və ədalət uğrunda 44 günlük vətən müharibəsi möhtəşəm zəfərimizlə nəticələndi. Haqq və şərəf işimiz olan Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq gostərən əsgər və zabitlərimiz xalqın şanlı tarixinə öz adlarını qızıl hərflərlə yazdırdı. Hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı etnik dözümsüzlük göstərən, minlərlə soydaşımızı dədə-baba torpaqlarından qovan erməni xisləti bir gün layiqincə cazasını almalıydı. Ərazilərimizdə keçirdiyi soyqırımı siyasətinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1988-ci ildə imzaladığı Fərman ilə 31 mart Azərbaycanlıların soyqırımı elan edilmişdir. Başlıbel, Agdaban və Baqamiz kəndlərində törədilmiş vəhşiliklər, dünyada misli görünməmiş Xocalı qətliamı xüsusi qəddarlığlı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bütün dünyaya qarşı cinayətdir. Lakin hər zaman dövlətimizi, tariximizi narahat edən məqamlar var idi. Münaqişənin nizamlanması üçün məsələnin həlli yox, dondurulmasına çalışmış, məsələnin həlli üçün illər ərzində nəticəsiz danışıqlar aparmışlar.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. İşğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində ziyan vurmuşdur, bütün işğal altında olan ərazilərimizdə daşı daş üstünə qoymamışdır. Çünki torpağın əsl sahibləri bunu reallaşdıracaqdi. Onlar Şuşanı milli ornamentlərlə bəzəyəcəkdi. Ağdamı əsl Azərbaycan şəhərinə çevirəcəkdi.

Nəhayət o gün yetişdi. Hər bir azərbaycanlının həsrətlə gözlədiyi həmin gün gəlib çatdı. Xalqın birliyi və ədalətli mövqeyı, “dəmir yumruq” da birləşərək işğalçıya sarsıdıcı zərbə vurduğu o savaş..

Respublikamızın bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr-vətən müharibəsi başladığı günün Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhid doğmalarına ali ehtiramın göstəricisidir. Dövlət hər bir qazi, şəhid ailələrinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilir. Çünki onlar öz qəhrəmanlığı ilə böyük bir tarixin, canlı zəfər tarixinin qəhrəmanlarıdırlar..

Cənab Prezindentin şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı dediyi bir məqam diqqətimi çəkir. “Əgər kimsə revansist fikirlərlə yaşayırsa, bax bu yumruğu görəcək, bu yerindədir və bizim səbrimizi sınamasınlar! Ermanistan ordusu bitdi, yoxdur və olmamalıdır”.

Birlik iradə və əzmkarlığın yaşatdığı zəfəri hər zaman qorumaq, bizim mənəvi borcumuzdur. Hər bir şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbir, qazilərə isə şəfa diləyirik.

 

Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcaye

Bənzər yazılar

Rusiya hərbçiləri Ermənistan-Azərbaycan sərhədinə yeridildi? – Baş Qərargahdan AÇIQLAMA

admin

75 QHT Putin, Tramp və Makrona müraciət etdi – “Ermənistan sizi saymır!”

admin

Ermənilərin bayraq TƏXRİBATINA CAVAB: “Ordumuz Xocavənd rayonu istiqamətində irəlilədi” – AÇIQLAMA

Fikrət Fərhadoğlu

Hadruta ilk girən Vətən Müharibəsi qazisi ilə bağlı PREZİDENT VƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT – FOTOLAR

admin

VƏHŞİLİK!“Rus “sülhməramlı”ları qollarımı bağlayıb məni ermənilərın qarşısına atdı…” — FOTOLAR

admin

Ərdoğan İlham Əliyevlə görüşəcək

admin