Guninfo.az
Image default
CƏMİYYƏT

Azərbaycanda təhsillə bağlı bu qaydalar dəyişdi, BUNDAN SONRA… – QƏRAR İMZALANDI

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

AZSABAH.COM-un məlumatına görə, Nazirlər Kabinetindən “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” qərara verilən izahda bildirilib ki, qeyd olunan Qaydaya müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır.

Belə ki, “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununa əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları müəyyən olunsa da, həmin şəxslərə təqaüdlərin verilməsi qaydası Nazirlər Kabinetinin adıçəkilən Qərarında öz əksini tapmayıb.

Bundan əlavə, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na edilmiş dəyişikliyə əsasən magistraturaya qəbul imtahanının əvvəlki illərdən fərqli olaraq bir mərhələdə keçirilməsi müəyyən olunub. Bunun nəticəsi olaraq bakalavrın qəbul imtahanında toplaya biləcəyi maksimal bal 100 bal olub. Halbuki, əvvəlki illərdə (qəbul imtahanının iki mərhələdə keçirilməsi zamanı) bu hədd 150 bal təşkil edirdi.

Göstərilənlər nəzərə alınmaqla, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.

Bənzər yazılar

ABŞ kəşfiyyatı: “İran və Rusiya ABŞ-dakı prezident seçkilərə müdaxilə etməyə çalışır”

admin

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər…” – AÇIQLAMA

admin

Prezidentə vətəndaş məktbu

admin

Dövlət rəsmiləri və diplomatlar Tərtərdə

admin