18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

“Azəriqaz” və “Azərişıq”la bağlı TƏLƏBLƏR DƏYİŞDİ – Əli Əsədov QƏRAR İMZALADI

Nazirlər Kabinetinin “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 31 may 1999-cu il və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli qərarlarında dəyişiklik edib.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra qaz paylayıcısının (“Azəriqaz”) və enerji təchizatı müəssisəsinin (“Azərişıq”) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, sözügedən qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirməli olacaqlar.

Bənzər yazılar

İcra başçısı müavini karantin rejimini pozaraq polis oğluna şahlara layiq toy etdi – FOTO

admin

Azərbaycanda əsir olan muzdlu kəskin nişançı erməni gözəlçə kimdir? – ŞOK DETALLAR+FOTO

admin

Qarabağ müharibəsi veteranlarından Baş Prokurora müraciət: “Bizdən 3-4 min manat rüşvət istəyirlər”

admin

Sərt karantinlə bağlı AÇIQLAMA:SMS-icazə, ictimai-iaşə obyektləri bağlanır – bu qədər pul veriləcək(AÇIQLAMA)

admin

Vətən müharibəsi qazisinin intiharı ilə bağlı rəsmi məlumat

admin

Əminə Ərdoğanın Azərbaycan səfərində diqqət çəkən məqam – Maskasına yazılan sözün mənası nədir? – FOTO

admin