18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

“Bu illərdə Bakıdan sürətli köç başlayacaq, paytaxt əhalisi 700 min nəfər olacaq” – Deputatdan ŞOK AÇIQLAMA

Ölkəmizdə, demək olar ki, hər şey Bakıda mərkəzləşib. Məhz bu səbəbdən də paytaxtda əhalinin sayı hər gün bir az daha artır. Bəs digər rayonlardan insanların köçünün qarşısını almaq üçün hansı işlər görülməlidir?

GUNinfo.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, 3-4 ilə Bakıdan rayonlara böyük köç başlayacaq:
“Bir çox nazirliklərin Bakıya aidiyyatı yoxdur, onlar rayonlarda olmalıdır. Su Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kənd Tikinti Nazirliyi və bir çox digər nazirliklərin Bakıda olması düzgün deyil.

Onlar rayonlara köçürülməlidir ki, həmin ərazilərdə də infrastruktur inkişaf etsin. Rayonlarda müəyyən obyektlərin tikintisi davam etdirilir. Bu obyektlərin açılışının çoxunda cənab İlham Əliyev özü də iştirak edib. Yəni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyət davam etdirilir. Bakıda nə qədər məcburi köçkünlər var ki, onlar öz yurdlarına qayıdacaqlar. 3-4 il ərzində Bakıdan rayonlara sürətli şəkildə köç başlayacaq. İşğaldan azad olunan torpaqlarda quruculuq işləri gedir. Həmin yerlər boş qalmayacaq, insanlar ora gedəcəklər. Bakının əhalisi maksimum 700 min nəfər olacaq”.

Bənzər yazılar

TƏƏSSÜF: Azərbaycanda tezliklə yeni QADAĞALAR OLACAQ – AÇIQLANDI

admin

Bir evdə əri və məşuqəsi ilə yaşamalı olan Aytəndən ŞOK AÇIQLAMA:“Arada əsgər yoldaşları da …”

admin

Son dəqiqə! Şuşa boşaldıldı

admin

Cənub istiqamətində şiddətli döyüşlər: erməni əsgərləri İran ərazisinə keçirlər

admin

Əsgərlərimiz Qarabağ meşələrindən erməniləri QOVDU – VİDEO

admin

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

admin