13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Bu tarixdə qaz və işığın LİMİTİ LƏĞV EDİLİR – Deputat ŞAD XƏBƏRİ ELAN ETDİ

Bildiyimiz kimi, komunaldan limitlə istifadə olunur. Artıq havalar soyumağa başlayıb və qışa çox az vaxt qalıb. İnsanlar isə qış gəlmədən artıq işığın limitinin bitməsindən haqlı olaraq narazıdırlar.

GUNinfo.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a deputat Vahid Əhmədov açıqlama verib.

O bildirib ki, bu məsələ mütləq müzakirə obyektinə çevrilməlidir:

“Bununla bağlı hazırda bir söz demək çox çətindir. Çünki bu məsələ müzakirə olunmayıb, mən də bu məsələ ilə bağlı fikir bildirməmişəm.
Ola bilər ki, müəyyən qurumlarla danışmağa ehtiyac var. Mən bu fikirlə razıyam. Çünki artıq qarşıdan qış gəlir və o limit kifayət qədər çox deyil.
İnsanların büdcəsi üçün bu, çox ziyandır. Əlbəttə ki, ehtiyac varsa, o limitə baxılmalıdır. Amma nəzərinizə çatdırım ki, biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəcəyik. Orada sosial paket çox güclüdür. Lakin o paketdə nəyin olub-olmamasından xəbərdar deyiləm. Çox güman ki. müzakirələrdə bu məsələlərə biz toxunacağıq.

Ümümiyyətlə, limitin aşağı olduğu barədə fikirlərlə razıyam. Çünki qış aylarında əksər evlərdə kifayət qədər kombi istifadə olunduğu üçün o limit çox azdır. Kombilər kifayət qədər enerji sərf etdiyinə görə verilən limitin öhdəsindən heç bir ailə gələ bilməz”.

Bənzər yazılar

Son dəqiqə! Şuşa boşaldıldı

admin

Xanhüseyn Kazımlıdan MÜDHİŞ DƏLƏDUZLUQ -Sabiq deputatın vətəndaşa atdığı 56 000 manatın TƏFƏRRÜATI

Fikrət Fərhadoğlu

İranın yeni prezidenti İbrahim Rəisi seçildi – RƏSMİ

admin

DİQQƏT! Hər kəs səfərbər olsun – Əsgərlərimizin bu ləvazimatlara ehtiyacı var – SİYAHI

admin

Dollar sürətlə bahalaşdı – Mərkəzi Bank təcili məlumat yaydı

admin

Hikmət Hacıyev: “Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır” – FOTO

admin