18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER CƏMİYYƏT

Ermənilərin bayraq TƏXRİBATINA CAVAB: “Ordumuz Xocavənd rayonu istiqamətində irəlilədi” – AÇIQLAMA

“Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etməsi və Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşməsi erməni tərəfinin təxribatına verilən ən adekvat cavabdır. Bu həm də qarşı tərəfə ölkəmizin bu və bu kimi məsələlərdə nə qədər qərarlı olduğunu göstərmiş olur”.
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Azərbaycan hərbçilərinin sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun mümkün mərtəbə irəliləməsi və bayrağın dəyişdirilməsi təkidlə tələb etməsi çox doğru addımdır:
“10 noyabr bəyanatından sonra sülhməramlılar erməni silahlı birləşmələrini tərkisilah edib ərazidən çıxartmalı idi. Bu o deməkdir ki, Qarabağın dağlıq hissəsində heç bir separatçı qondarma qurum bayrağı olmamalıdır. Xüsusilə də hansısa bir monastır üzərində.
Aydın məsələdir ki, qarşı tərəf bunu edərək rəsmi Bakını qıcıqlandırmağa çalışır. Lakin bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanı bu tərzdə qıcıqlandırmaq sülh prosesinə mənfi təsir edəcək”.
T. Rzayevin sözlərinə görə, ilk dəfə deyil ki, ermənilər təxribata imza atır, Rusiya sülhməramlıları da buna göz yumur:
“Rəsmi Bakı bundan öncədə bənzər şəkildə Rusiya sülhməramlılarına və Ermənistana xəbərdarlıq edib. Bu dəfə isə ordumuz vasitəsilə nə qədər qərarlı olduğunu qarşı tərəfə göstərib”.

Bənzər yazılar

SƏHİYYƏ nazirinin biabırçı görüntüləri yayıldı: Kabinetdə evli qadın köməkçisi ilə…- FOTOLAR

admin

Sayğaclarda limit fırıldağı – “Azəriqaz”ın məsuliyyətsizliyi, yoxsa maxinasiya? – ŞİKAYƏT

admin

SON DƏQİQƏ! Elgiz ölüm ayağında – Xəstəxanadan XƏBƏR VAR

admin

Müdafiə Nazirliyi Ermənistanın verdiyi mina xəritələri ilə bağlı MƏLUMAT YAYDI

admin

Qarabağda azərbaycanlı və erməni əhalinin say nisbəti AÇIQLANDI

admin

Təhlükəsizlik Xidməti HƏRƏKƏTƏ KEÇDİ: Sərhəddə NÖVBƏTİ GƏRGİNLİK – Çox sayda ölü və yaralı var

admin