13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

“Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır…” İlham Əliyev

Düz bir il əvvəl Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi zamanı intensiv döyüşlər həm cəbhədə, həm informasiya məkanında aparılırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi informasiya savaşı cəbhəsində də əsl şücaət göstərərək Azərbaycana qarşı informasiya blokadasını yararaq, istər müharibənin gedişində, istərsə də müharibədən sonrakı dövrdə dünyanın aparıcı KİV-lərinin qərəzli və dost jurnalistlərinə müsahibələr vermiş, cəbhədə əldə olunan uğurların siyasi yöndən bərkidilməsini, bu haqq davasında qazanılan Qələbənin tanınmasını təmin etmişdir. Məhz bu müsahibələrin sayəsində ölkəmizə təzyiqlər cəhdinin qarşısı uğurla alınmışdır.

Artıq müharibə geridə qalıb, münaqişə həll olunub, status məsələsi birdəfəlik ortadan qalxıb. İşğaldan azad olunmuş doğma torpaqlarımızda bərpa-quruculuq işləri gedir. Belə bir vaxtda Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonun suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cavabları əslində 44 günlük müharibənin başlamasının ildönümü ərəfəsində İkinci Qarabağ savaşının gedişatına, qələbənin qazanılmasına , eləcə də aradan keçən bir il ərzində görülən işlərə lider baxışı idi.

Təbii ki, sualları verərkən İqor Korotçenkonun məsələyə münasibətinin də önəmli olduğu diqqətdən qaçmamalıdır. Bu o Korotçenkodur ki, Azərbaycanın mövqeyini müdafiə edərək Rusiyanın ermənipərəst qüvvələri ilə dəfələrlə debatlarda haqqı müdafiə edib. Bu o Korotçenkodur ki, müsahibələrinin birində “Ermənistan təkcə hərbi deyil, həm də siyasi və iqtisadi fəlakətə uğrayıb. Əgər Ermənistan revanş, qisas yolunu tutsa, düşünürəm ki, bu ölkəni birdəfəlik dünya xəritəsindən silinmə gözləyir” deyib. Bu həm də o Korotçenkodur ki, işğaldan azad olunmuş torpaqlarımızda erməni vandallığının izlərini öz gözləri ilə görüb, bərpa-quruculuq işlərinin miqyasının və sürətinin şahidi olub…

Rusiyanın nüfuzlu dərgisi olan “Milli müdafiə”nin redaktoru olan İqor Korotçenko uzun illərdir ki, hərbi texnika, ordu, silahlanma, silah istehsalı, satışı kimi müharibəyə aid mövzuların içərisindədir. Bu da onu göstərir ki, o, hərbi ekspert kimi kifayət qədər təcrübəyə malikdir və belə bir mütəxəssisin 44 günlük müharibə dövründə Azərbaycanın mövqeyini müdafiə etməsi heç də təsadüf deyil. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevə verilən sualların səmimiliyi, əhatəliliyi, bəzən həssas, emosional məqamlara toxunması da məhz ölkəmizə dost münsibətindən qaynaqlanır.

44 günlük müharibə dövründə İlham Əliyevin dünyanın bir çox nüfuzlu jurnalistləri ilə qarşı-qarşıya oturduğunu görmüşük. Onların Azərbaycana olan bu və digər münasibətinə uyğun müsahibənin gedişatı, verilən suallara cavablar da fərqli olmuşdur. Hətta ən qərəzli jurnalistlərlə söhbətində belə Ali Baş

Komandan təmkinini qoruyaraq ittihamları tutarlı faktlarla rədd etmişdir. Bütün bunlar, təbii ki, dünyanın gözündən yayınmırdı. İ.Korotçenkonun da məhz bu məsələni dilə gətirməsi, müharibə vaxtı dünyanın, eləcə də xalqın gözünün liderdə, Ali Baş Komandanda olduğunu irəli çəkərək İlham Əliyevin həddindən artıq sakit, inamlı, qətiyyətli davranışlarının qarşı tərəfin “bədən hərəkətlərinin fonunda” daha qabarıq göründüyünü söyləməsi və bunun səbəbi ilə maraqlanması da təəccüblü deyil. Əslində İ.Korotçenkonu maraqlandıran sualların əksəriyyəti dünyanı, eləcə də xalqımızı maraqlandıran suallardır. Onlardan biri də Heydər Əliyevin məzarının ziyarət edilməsi zamanı Prezidentin nə düşündüyü idi.

Hər bir televiziya tamaşaçısı Şuşanın işğaldan azad olunmasının xəbər verildiyi həmin o günü yaxşı xatırlayır. Prezidentin üz ifadəsi hamını həyəcanlandırmış, kövrəltmişdi. Ali Baş Komandanın həmin an nələr düşündüyünü hər birimiz bilmək istəyirdik. Bu sualı verməklə İ.Korotçenko göstərdi ki, həmin an o da hər birimiz kimi həyəcanla İlham Əliyevi izləmiş və nələr keçirdiyini düşünmüşdür.

Müsahibədə əməliyyatın adının “Dəmir yumruq” olması haqqında verilən məlumatdan bir daha görünür ki, Azərbaycan Ermənistanın təxribatına cavab olaraq əks hücuma keçmişdir. İlk günlərdə əks hücum əməliyyatından söhbət getsə də, tezliklə əməliyyat “Dəmir yumruq” adını aldı. Bu da o deməkdir ki, Azərbaycan müharibə etmək istəmirdi. Çünki müharibəyə hazırlaşan tərəf hücum planını hazırlayarkən ona ad da verir. Təbii ki, Prezidentin dediyi kimi, müharibə şəraitində olan hər bir ölkə kimi, Azərbaycanın da uzun illər boyu planı vardı. Əlbəttə bu plan zamana, hərbi-texniki vasitələrə, beynəlxalq vəziyyətə görə dəyişirdi. Lakin artıq Ermənistan tərəf açıq təxribata keçərək öz sonunu yaxınlaşdırmağa tələsirdi və buna da nail oldu… 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xətti elə ilk gündən yarıldı…

Ali Baş Komandan İlham Əliyev bu bir il ərzində 44 günlük müharibəni təhlil edərkən uğura aparan yolları bir də addım-addım gəzdi: Hadrut əməliyyatı onlar üçün gözlənilməz oldu. Hadrutdan qabaq Cəbrayıl şəhəri azad edildi. Füzuli şəhərinin azad edilməsi də mühüm mərhələ oldu. Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Şuşanın alınması isə düşmənin belini qırdı…

Müharibənin əsas qəhrəmanlarından biri də dilsiz-ağızsız PUA-lar idilər. Azərbaycanın İsraildən 10 il bundan əvvəl aldığı pilotsuz uçuş aparatları qırğın vasitələri idi. Daha sonra yenə İsraildən “SkyStriker”, həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da alınmışdır. O zamanlar Türkiyə PUA istehsal etmirdi. Türkiyə PUA-lar istehsalına başlayan kimi Azərbaycan “Bayraktar TB2”lərin ilk xarici alıcısı oldu. Döyüş əməliyyatları əslində

“Bayraktar”lar üçün bir təcrübə oldu. “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyırlar. Onlar erməni ordusunun kabusuna çevrilmişdir…

Ötən yazılarımızn birində vurğulamışdıq ki, erməni xalqı Paşinyanı yeni müharibə üçün seçmədi. Paşiyan müharibəyə son qoyan Kapitulyasiya Bəyanatına qol çəkməsinə baxmayaraq bu gün də öz düşünülməmiş bəyanatları ilə Azərbaycanı təhrik edir. Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı haqlı ərazi iddiaları olacaq…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu müsahibəsi vasitəsilə dünyaya bəyan etdi: ““Dağlıq Qarabağ” adlı inzibati ərazi artıq yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var”.

Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə toxunan Ali Baş Komandan bu münasibətlərin keyfiyyətcə tamamilə yeni səviyyəyə çatdığını, daha da yüksəldilməsinin üzərində işlənildiyini, Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsinin vacibliyini vurğuladı.

Sülhməramlıların statusuna toxunan Azərbaycan Prezidenti Qarabağ regionunda rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini də bildirdi.

 

Güllü Yoloğlu tarix elmləri doktor

Bənzər yazılar

“Paşinyan oğlunu Cəbrayıldan çıxarmaq üçün İcevan alayından 1200 nəfər öldürüldü” – Ayvazyandan şok açıqlama

admin

Bu da Bayram Nurlunun gənc müğənni ilə biabırçı VİDEOSU – “Zor edirəm” – +18

Fikrət Fərhadoğlu

“İranın verdiyi mükafat bizə lazım deyil”: Polad Həşimovun anası medalı qaytardı və… – ŞOK TƏFƏRRÜAT

admin

SON DƏQİQƏ!Bu vəzifəli şəxslər istefa verdi – həmin məmurlar görün KİMDİR? – ADLAR

admin

Azərbaycanda müdir ondan kömək istəyən işçisini zorladı – “Ərimə deyin, məni boşasın”

admin

Vilayət Eyvazov mayora Xocalı rayonunda yüksək vəzifə verdi – RƏSMİ

admin