19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Hadrutdan və Talışdan köçrülən ermənilər Tərtərin bu kəndlərinə yerləşdirilir – TƏCİLİ XƏBƏR



“Müharibədən sonra kənddəki məktəb 1 dekabr 2020-ci ildə yenidən açıldı. Burada 50 şagird təhsil alır. 7 dekabrdan bəri 24 uşaq bağçaya gedir. Tibbi yardım məntəqəmiz, klubumuz, mədəniyyət ocağımız, ziyafət salonumuz yaxşı vəziyyətdədir, bələdiyyə binası da normal durumdadır”.

GUNinfo.az  xəbər verir ki, bunu Xankəndindəki separatçı erməni nəşrlərinə açıqlamasında Tərtər rayonunun Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejimin nəzarətində qalan “Mets Şen” adlandırılmış Ulu Qarabəy kəndinin qanunsuz “icma rəhbəri”  David Ananyan söyləyib.“Kənd qazla təmin olunur, elektrik enerjisi verilir. Su problemimiz var idi. İyirmi gün idi ki, su almırdıq. Amma indi bütün problemlər həll edilib ”-deyə əlavə edən D. Ananyan Tərtərin bu kəndinə də Azərbaycan ordusunun nəzarətinə keçmiş digər ərazilərdən köçən ermənilərin yerləşdirildiyini də vurğulayıb:

“Xoşbəxtlikdən kənd müharibədən zərər görmədi. Müharibədən sonra kəndə 7 ailə köçürüldü. Talışdan olan məcburi köçkün ailəsinin köçürüldüyü bir ev təmir edildi. Hazırda digər bir ev Hadrutdan  gəlmiş köçkün ailələrin yerləşdirilməsi üçün təmir olunur”./Moderator.az

Bənzər yazılar

SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı

admin

TƏCİLİ! Azərbaycanda bu şəxslərə YÜKSƏK VƏZİFƏ VERİLİR

admin

Baş Prokurorluq ananın qandonduran dəhşətli əməli ilə bağlı təcili məlumat yaydı – RƏSMİ

admin

“Müharibə dayanmayacaq, sona qədər gedəcəyik” – SON DƏQİQƏ

admin

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını DƏYİŞDİRDİ

admin

Kürdəmirdə avtomobil su kanalına düşdü, xəsarət alan var

admin