13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Ömrünü Azərbaycana həsr edən, qalib xalqın əvəzsiz lideri Heydər Əliyev – Aysel Kazımova

Ölkənin, dövlətin inkişafını ilk növbədə xalqa xidmətdə görən, ömrünü Azərbaycana həsr edən Heydər Əliyev ən müasir tariximizi yazan böyük şəxsiyyətdir. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır.

Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.

Heydər Əliyev Azərbaycan tarixinin parlaq şəxsiyyətidir və müstəqil Azərbaycan Respublikası onun şah əsəridir. Heydər Əliyev Azərbaycan tarixinin memarı və qurucusudur. Tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı olmuşdur.

Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu Öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı.

Heydər Əİiyev bu gün dünyanın enerji təminatçılarından biri olan Azərbaycanın uğurlarını hələ keçən əsrin 70-ci illərindəki müdrik qərarları ilə təmin etmişdi. Həmin illərdə neft sənayesinin inkişafı bu gün üçün əvəz olunmaz baza idi.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmiz iqtisadi tənəzzüldən, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. Ümummilli liderin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlandı. Onun Bakıya gəlməsi ilə qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyət nəzarət altına alındı, sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. Ordu quruculuğunda mühüm addımlar atıldı.

Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı.

Heydər Əliyev özünün müdrik siyasəti ilə Azərbaycanı dünyanın enerji təminatçılarından birinə çevirən “Əsrin müqaviləsi”nin həyata keçməsini təmin etdi. Bu Azərbaycanın siyasi və iqtisadi qələbəsi idi. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində enerji sahəsində çox əhəmiyyətli naliyyətlər qazanıldı. Belə ki, bu müqavilə Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsasını qoydu. 1994-cü ildə sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” Heydər Əliyev şəxsiyyətinin tarixi qələbəsi idi.

Ümumilli liderin siyasi iradəsi nəticəsində Azərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən bir ölkə kimi tanınıb.

Ulu öndər elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət ayırırdı. Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində geniş miqyaslı işlər həyata keçirən böyük tarixi şəxsiyyət Azərbaycan Respublikasını qabaqcıl respublikalar cərgəsinə çıxardı. Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan əksər respublikaları geridə qoydu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, elmi-texniki potensialının hazırlanması böyük uzaqgörənliklə həyata keçirildi.

Ümummilli lider Heydər Əliyev təkcə ölkə daxilində deyil, eyni zamanda Azərbaycanın xarici siyasətdə də uğurlar qazanmasının əsasını qoydu. İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. Bütün bu işlərin nəticəsində Azərbaycan bu gün də ayaq üstündə durmağı bacardı.

Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu.

Ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan ordusu Azərbaycan tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını bizə yaşatdı. Tariximizi cəsur Azərbaycan əsgəri şücaəti ilə yenidən yazdı. Doğma torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistanı məğlub etdi.

Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı.

Bu sevinci bizə yaşadan möhtərəm Ali Baş Komandan, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri, var olun!

Suraxanı rayon Heydər Əliyev Mərkəznin kiçik elmi işçisi Kazımova Aysel

Bənzər yazılar

“Murovda baş verənlər araşdırılsa, dövlətə xəyanət edən böyük şəbəkə ortaya çıxacaq” – Şəhid qardaşından ŞOK AÇIQLAMA

admin

ŞƏHİDİMİZ VAR!!! Könüllü cəbhəyə gedən Azərbaycan çempionu vuruldu

admin

Azərbaycanda soyadı “ov” və “yev” sonluqları ilə bitən şəxslərin NƏZƏRİNƏ – VİDEO

admin

Generalın qardaşı Səməd Heydərovun “777” nömrə nişanlı bahalı avtomobil kolleksiyası – FOTO

admin

SON DƏQİQƏ: QADAĞA qüvvəyə minir: 21 avqust saat 00:00-dan… – DİQQƏT

admin

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

admin