18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER CƏMİYYƏT

Paşinyan Əliyevlə görüşə hazır olduğunu ELAN ETDİ: “Bu mina xəritələrini də verməyə hazıram”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

GUNinfo.az  bildirir ki, “Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, o, bunu Vilnüsdə erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

Paşinyan görüşdə mina xəritələri barədə də danışıb. O bildirib ki, Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları minaların xəritələrini də Azərbaycan Prezidenti ilə görüşə aparmağa hazırdır.

Erməni Baş nazir bunun üçün iddia edir ki, guya Azərbaycanda olan erməni əsirlər geri qaytarılmalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində bütün erməni əsirlərin təhvil verildiyini bildirib. Bundan başqa, İlham Əliyev “France 24” müsahibəsində bildirib ki, Nikol Paşinyanla görüşməyin əleyhinə deyil.

Dövlət başçısı qeyd edib ki, görüş ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunarsa, Nikol Paşinyan ilə görüşə etiraz etmir.

Bənzər yazılar

Ərdoğan Putinə: “Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz” – SON DƏQİQƏ

admin

İcra başçısı yaşlı Qazi anasını belə təhqir etdi – çarəsiz qadından ölkə başçısına VİDEOMÜRACİƏT

admin

“Bayraktar”ların sayı “F-16”ları ÜSTƏLƏDİ – 500 kamikadze və 1500 müşahidə dronları… – ŞOK GƏLİŞMƏ

admin

Ceyhun Bayramov və Mnaçakanyan ABŞ dövlət katibi ilə görüşə gedir

admin

Vətən müharibəsində canlarından keçən qazilərmiz danışdı-VİDYO

admin

SON DƏQİQƏ: ermənilər Qarabağda yenidən HÜCUMA KEÇDİ VƏ… – Çox sayda ÖLÜ VAR

admin