13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Paşinyan İranın hədəfini DARMADAĞIN ETDİ: Zəngəzur türk vilayətinə ÇEVRİLİR

“Sünik Ermənistan üçün hər şeydir. Çünki bu, İrana gedən yeganə yoldur…”

“Xainin, kapitulyantın bir məqsədi olduğu açıqdır: onun hərəkətlərini və addımlarını izlədikdə bunun ilk növbədə, ermənilərin Sunikdən(Zəngəzurdan –S.L.) qovulması, döyüşə bilən qüvvələrin başlarının kəsilməsi olduğu görünür. Bu gün həbsdə olan icma liderləri öz vətənlərinin bir metr də olsun ərazisindən imtina etməyəcəklərini öz həyatlarıyla sübut etdilər. Nikol Paşinyan üçün belə insanlar qəbuledilməzdir”.

KAİM.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistan Respublikaçılar Partiyasının üzvü Qagik Minasyan dünən keçirdiyi mətbuat konfransında söyləyib. O, hesab edir ki, Zəngəzurdakı erməni icma liderlərinin həbsi ilə guya bu bölgənin türklərə təslim edilməsi arasında birbaşa əlaqə var.

Q.Minasyan qeyd edib ki, Paşinyan Zəngəzur uğrunda mübarizəyə hazır olan liderləri həbs edərək “Sünik”in Gürcüstandakı “ilhaq edilmiş” Acarıstan kimi bir Türkiyə vilayətinə çevrilməsi ilə bağlı proqramını tamamlamaq istəyir.

“Acarıstan Gürcüstan üçün “başlanğıc” olduğu kimi, Sünik də bizim üçün “başlanğıc” olacaq. Ancaq Acarıstan Gürcüstan üçün son dərəcə əhəmiyyətli deyilsə, Sünik Ermənistan üçün hər şeydir. Çünki bu, İrana gedən yeganə yoldur və əgər Allah qorusun, indi Acarıstanda gördüklərimiz Sünikdə baş verərsə, Ermənistanın qalan ərazisinin gələcəyi əvvəlcədən müəyyən ediləcək” –deyə Qagik Minasyan bildirib.

Bənzər yazılar

Putinin 50 milyardlıq bina kompleksi: Yeraltı buz sarayı, akvadiskoteq, konsert salonu, kilsə, gizli tunel VƏ NƏLƏR

admin

TƏCİLİ!ÖLKƏDƏ DHŞƏT YAŞANIR:Evlər, qəbiristanlıqlar, morqlar meyitlərlə doldu – Yüz min ölü var – RƏSMİ

admin

“Ruhlar şəhərində” ölümə bir addım – REPORTAJ + FOTO/VİDEO

admin

Əlilliyi olan şəxslər üçün 160-dan çox küçədə 2200-dən artıq pandus quraşdırılıb – FOTO

admin

SON DƏQİQƏ:Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” QANUN DƏYİŞDİ

admin

Qalib Ordu ritorikası

admin