18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Qarabağda sülhməramlıların komandanı dəyişdi: Mixaili əvəz edən yeni rus general KİMDİR? – DOSYE

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

GUNinfo.az   “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.

Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.

Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib. 2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.

Bənzər yazılar

Şikayətçiyə vəzifəli şəxs AÇIQLADI: “Azərpoçt”da anarxiya və rüşvətxorluqdur ” – DTX hərəkətə keçdi(VİDEO)

admin

SON DƏQİQƏ! Avtobuslarda gediş haqqı artırıldı – AÇIQLAMA

admin

Naira Zöhrabyan AŞPA-da Azərbaycan Prezidentini tənqid etdi, deputat Nigar Arpadaraini dəstəklədi – Rüsvayçılıq

admin

Bakı Vətən müharibəsinin şəhidlərini andı – Oxu.Az-ın FOTOREPORTAJI

admin

Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət – Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ)

admin

Qalib və qurucu Prezidentlə xoşbəxt gələcəyə doğru

Fikrət Fərhadoğlu