Guninfo.az
Image default
CƏMİYYƏT

Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMSI: Putinlə Makrondan YENİ HƏMLƏ

“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.

GUNinfo.az  “Report”a istinadla xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.

O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.

Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.

“Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.

Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Bənzər yazılar

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

SON DƏQİQƏ: Ermənistanda SƏFƏRBƏRLİK ELAN EDİLDİ, vətəndaşlar yenidən orduya çağırılır – ŞOK SƏBƏB

admin

Döyüş bölgəsində xilas edilən Ermənistan vətəndaşı: “Məni qorxudurdular ki, azərbaycanlıların əlinə düşsən…”

admin

Təranə Qumralın qızı ƏRİ tərəfindən vəhşicəsinə “DÖYÜLDÜ” -VİDEO

admin

Azərbaycanın 19 yaşlı qəhramanı

admin

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

admin