10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Qazi adı altında reketlik edənlər – VİDEO

Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisini bir qrup Qarabağ müharibəsi iştirakçısı himayədarlıq edir. 

Sərxan İsayev və Azər Cəbrayılov ətraflarına dəstə toplayaraq, bu ərazidə neft quyularının yaxınlığında torpaqları zəbt edərək vətəndaşlara satır.

Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.

Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var – xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.

Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.

Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bənzər yazılar

“Azəriqaz”ın sayğaclarının artıq pul yazdığını Energetika Nazirliyi də təsdiqlədi – ŞOK MƏLUMATLAR

admin

Paşinyandan KRİTİK AÇIQLAMA: OKTYABRDA… – QƏRAR VERİLDİ

admin

SON DƏQİQƏ!Baku Medical Plazada əməliyyat olunan Rəşad Mahmudov VƏFAT ETDİ – RƏSMİ

admin

7,4 milyonluq qalmaqalla gündəmə gələn Kələntərovlar kimdir? – FOTO

admin

SON DƏQİQƏ – Qələbə paradının aparıcısı bəlli oldu

admin

Baş Prokurorun yubileyidir – Kamran Əliyevin karyera yolu

admin