18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

“Rusiya Azərbaycanın yarısını vətənimiz İrandan qoparıb”: Rəsul Quliyevin rəzil videosu yayıldı

İnternet resurslarında Milli Məclisin sabiq sədri Rəsul Quliyevin videomüsahibəsindən bir fraqment yayılıb. Fars dilində alt yazıları ilə müşayiət olunan bu fraqmentdə R.Quliyevin jurnalist Emin Hüseynliyə müsahibə verdiyi görünür. 

GUNinfo.az -ın xəbərinə görə, R.Quliyev İran mövzusunda danışaraq deyir ki, vətənimiz İrandır, 1812-ci ildə Rusiya Azərbaycanın yarısını İrandan qoparıb, bu olmasaydı, biz İran vətəndaşı olacaqdıq.

Bundan başqa, o, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın assimlyasiya olunmadığını, özlərini iranlı saydıqlarını bildirir və deyir ki, əksinə, onlar müstəqil Azərbaycanın İrana qatılacağını düşünürlər.

Qeyd edək ki, bu videomüsahibənin köhnə olması ehtimalı böyükdür. Fəqət Azərbaycanın aparıcı siyasi simalarından biri bu düşüncədədirsə və bu fraqment bu gün, İranla Azərbaycanın arasında müəyyən gərginlik yarandığı günlərdə yayılırsa, demək, bulanıq suda balıq tutmaq istəyənlər var.

Yaxın saatlarda Rəsul Quliyevlə, hazırda ABŞ-da yaşayan eks-spikerlə əlaqə saxlamağa cəhd edəcəyik və videonun nə dərəcədə yeni-köhnə olduğunu öyrənməyə, onun bu fikrində qalıb-qalmadığını dəqiqləşdirməyə çalışacağıq. (musavat.com)

Bənzər yazılar

Səfir oğlunun yaxtasındakı dəhşətli ÖLÜMÜN SİRRİ: MODEL Günel Mirzəyeva cinayətinin GİZLİNLƏRİ – VİDEO

admin

İlham Əliyevin uğurlu siyasətində dövlətimizin xalqa və şəhidlərimizə göstərdiyi münasibət bariz nümunədir

admin

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

admin

SOS!Radikal dini şəbəkə Sələfi Emin Hacıyev Azərbaycan və Türkiyə əhalisini “kafir” ELAN ETDİ – TƏCİLİ AÇIQLAMA

Fikrət Fərhadoğlu

QURANDA adı çəkilən şəhərlər NİYƏ YOX OLDU?-Murdar ənənələrin yaşandığı yerlərin DƏHŞƏTLİ SONU

admin

“Ramiz Mehdiyev və Əli Həsənovun mafiyaları”: GÖRÜN KİMLƏR VAR? -SENSASİON AÇIQLAMA

admin