21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
CƏMİYYƏT

Rusiya münaqişənin həll olmasında deyil, qalmasında maraqlıdır – Xaliq Şükürov



Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə əlaqədar məsələlərə aydınləq gətirmək məqsədilə  politoloq, Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər üzrə mütəxəssis Dos.doktor Xaliq Şükürovla mövzu ilə əlaqədar ətraflı suallar ünvanlayaraq, çavab almağa çalışdıq.

Azerbaycanlı uzman: ‘‘İki kardeş ülkenin aynı safta yer alması bölgeye istikrarın gelişinin adım sesleri’’

-Xaliq müəlli Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkündürmü ?

-Son zamanlar Ermənistanın Türkiyəyə siyasi cəhətdən yaxınlaşması hiss olunur. Ermənistan Türkiyə təyyarələrinin Bakıya Ermənistan üzərindən uçmasına icazə verməsi onu ifadə edir ki,artıq Ermənistan Türkiyə ilə hesablaşmağa başlayıb.

-Ermənistan Azərbaycana və Türkiyəyə qarşı olan əsassız iddialarından imtina edərsə və Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıyarsa, bəli mümkündür. Ermənistan Zəngəzur koridorunu gerçəkləşməsinə mane olmayacaqsa, Türkiyə-Ermənistan sərhədi də açılacaq.

Ancaq bu, Rusiyanın razılığı olmadan mümkün deyil.Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı demək olar ki, siyasi baxımdan hələ ki, Azərbaycan tərəfindən hər hansı bir xüsusi fikri yoxdur.

-Sizcə Ermənistan regionda Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün nə etməlidir ?

-Əslində bütün məsələlərin həlli də bu sualın çavabından keçir. Ermənistan regionda öz inkişafını təmin etdirmək üçün Rusiyanın boyunduruğundan xilas olaraq masada müstəqil və vasitəçi olmadan iştirak etməlidir. Belə olacağı təqdirdə Türkə və Azərbaycanla çox asan ortaq qərara gələ bilər.

-Rusiya bunu niyə istəmir ?

-Ermənistan sərhədlərini Rusiya sərədçiləri qoruyur, habelə Rusyanın Ermənistanda hərbi bazası var. Qarabağda Sülməraml adı altında Rus qoşunları fəaliyyət görir. Ermənistan -Türkiyə, Ermənistan -Azərbaycan problemi nizamlanarsa bütün bu silahlı birləşmələrin Ermənistan ərazilərində qalmasına bir əsas qalmayacaq. Bu səbəbdən də Rusiya münaqişənin həll olmasında deyil, qalmasında maraqlıdır.

Bənzər yazılar

6 milyon manat dövlət əmlakını TALAYAN VÜQAR SƏFƏRLİ KİMDİR? / Video

admin

Fransa prezidentinin erməni sevgisinin ŞOK SƏBƏBİ – Makronun anası Emma Makronyan KİMDİR? – DOSYE

admin

Erməni əsirliyindəki azərbaycanlıların SAYI AÇIQLANDI – RƏSMİ

admin

SON DƏQİQƏ! Azərbaycan Ordusunun Baş Qərargah rəisi bu səbəbdən təcili Türkiyəyə getdi

Fikrət Fərhadoğlu

Sərt karantinlə bağlı AÇIQLAMA:SMS-icazə, ictimai-iaşə obyektləri bağlanır – bu qədər pul veriləcək(AÇIQLAMA)

admin

Fərdi məşğulluq proqramı nədir? – FOTO/VİDEO

admin