17 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Rzayevin 800 minlik tender OYUNU – “Azərişıq” vergi borcu olan şirkətlə müqavilə bağlayıb



“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elan etdiyi iki tenderin qaliblərini açıqlayıb.

GUNinfo.az  xəbər verir ki, 6/10/0,4 kV-luq xətlərində elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylaşımı məqsədi ilə qurğuların satın alınması üzrə müsabiqənin qalibi “Energo” MMC olub. Qurum şirkətə 342 211.8 AZN ödəməlidir.

Sabit və dəyişən gərginliyi ölçən elektron cihazların və onların aksesuarlarının satın alınması üzrə tenderin qalibi isə “Electro Service” MMC olub. “Azərişıq” ASC ilə şirkət arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 879 903.76 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Energo” MMC 7 iyul 2020-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 40 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A, məhəllə 142, mənzil 82-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğludur.

Açıq mənbələrdə “Energo” MMC və Rəşad Şıxıyev barəsində hər hansı məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 2558.09 AZN vergi borcu var.

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Həmçinin qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması gərəkdir. Cəmi 1 ildir yaranan “Energo” MMC-nin bu tələblərə cavab verməsi inandırıcı görünmür.
“Elektro Service” QSC-yə gəlincə 8 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı , Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Babayev Tural Əli oğludur.

Bu şirkət barəsində də açıq mənbələrdə məlumatlar məhduddur. Lakin mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlarda qeyd edilir ki, “Elektro Service” QSC “Azərenerji”nin rəhbəri Baba Rzayevin nəzarətində olan şirkətdir. “Azərişıq” ASC-nin bu şirkəti maliyyə dəyəri 1 milyona yaxın olan tenderin qalibi elan etməsinin sirri bu ola bilər.
Gülay

Reportyor.info

Bənzər yazılar

İranın yeni prezidenti İbrahim Rəisi seçildi – RƏSMİ

admin

SON DƏQİQƏ: İnfarkt keçirən prezident təcili xəstəxanaya yerləşdirildi

admin

SON DƏQİQƏ!44 günlük müharibə dövründə evləri, obyektləri zərər çəkənlər Gəncədə ETİRAZA QALXDI

admin

Sərt karantinlə bağlı AÇIQLAMA:SMS-icazə, ictimai-iaşə obyektləri bağlanır – bu qədər pul veriləcək(AÇIQLAMA)

admin

Aslan İsmayılov: “Fələstinlilər Qarabağda azərbaycanlıların qanını tökmüş erməni terrorçularını müdafiə etdilər”

admin

Ermənilərin canlı qüvvəsi pusquya salınıb məhv edildi – Müdafiə Nazirliyi

admin