21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
CƏMİYYƏT

SON DƏQİQƏ: Təhsillə bağlı VACİB məlumat:11 gün ərzində…- Baş nazir təstiqlədi



Nazirlər Kabineti Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlanacaq və əyani formada təşkil ediləcək:

– ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində – 2021-ci il oktyabrın 1-dən;

– ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə – 2021-ci il sentyabrın 22-dən;

– ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə – 2021-ci il sentyabrın 29-dan.

Bu Qərarın 1.2-ci və 1.3-cü bəndlərində qeyd olunan tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə:

– ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilməli,

– ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilməlidir.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:

– təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın və bu Qərarın tələblərinə müvafiq olaraq təşkilini təmin etməlidirlər;

– bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Bənzər yazılar

Pul üstündə uşaq bağçasında ƏLBƏYAXA: Müdir müəllimi döydü, iş polisə düşdü – AÇIQLAMA

admin

Pensiyalarla bağlı QAYDALAR DƏYİŞDİ: BUNDAN SONRA… – Prezident TƏSDİQLƏDİ

admin

TƏCİLİ!​Azərbaycanda bu tarixdə yenidən sərt karantin rejimi tətbiq edilir – AÇIQLAMA

admin

Dilqəm Əsgərova dəhşətli işgəncə: “Dırnaqlarımızı, əllərimizi, bədənimizi…” – MÜSAHİBƏ

admin

Arayik Arutyunyan könüllülərə yalvardı: “Vəziyyət ölümcüldür, hər kəs…”

admin

Şevçenko Azərbaycanın bu kəndinə heyran oldu – Rusiyada belə kənd qalmayıb – VİDEO

admin