18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Sürətli bərpa və quruculuq işləri Azərbaycan prezidentinin vətənpərvərlik gücüdür

Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki bu tarixdə Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var. Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik.

Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı. Ermənistan ordusu artıq yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan ordusu öz üstünlüyü ilə bütün dünyaya nümayiş etdirdi.

Müharibə başa çatandan sonra bərpa işlərinə start verildi. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, 4-6 zolaqlı yolun çəkilməsi, bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq böyük potensialdan xəbər verir.

Bütün atılan addımlar və qəbul olunan qərarlar – Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasətdi. Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilməzdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli Ulu Öndər qoydu – ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi. Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi.

Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qurur. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması, ondan sonra

iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir.

Bu gün Cəbrayıllılar sevinc içindədir, onların həsrətinə son qoyulub. Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!

Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnarə Cəbrayılov

Bənzər yazılar

Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-NONSES

admin

Eldar Mahmudovla bağlı mühüm açıqlama yayıldı – “HƏBSİ QAÇILMAZDIR”

admin

Türkiyədən Azərbaycana daha bir QARDAŞ DƏSTƏYİ: “31 mindən çox…”

admin

Sabirabad rayon Mərkəzi Xəstəxanasın şöbə müdiri HƏBS EDİLDİ – SON DƏQİQƏ

admin

Ermənilər işğal etdikləri Qazaxın 7 kəndini və Kərkini tam boşaltdılar – SON DƏQİQƏ

admin

Ordumuz tarix yazır: Cəmi 6 saat atəşkəs… – VƏ MÜHARİBƏYƏ DAVAM

admin