13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

TƏCİLİ! “QARABAĞ KLANI”NDAN Paşinyan QƏTLİ – Qəsd planı AMERİKADA BELƏ İFŞA EDİLDİ

Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanması “Qarabağ klanı”nı siyasi səhnədən tamamilə silə bilər; Bu klanın hakimiyyəti ələ keçirib, xilas olması baxımından, Ermənistan baş nazirini fiziki cəhətdən aradan götürmək yeganə çıxış yolu hesab edilir…

Cənubi Qafqaz regionunun gələcək taleyi üçün həlledici mərhələ başlayıb. İndi bu regionunun inkişaf perspektivləri ciddi müzakirə mövzusuna çevrilib. Və bu müzakirələr ətrafında ciddi ziddiyyətlər də mövcuddur.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqaz müəyyən mənada, “nifaq alması”na çevrilib. Region yeni inkişaf mərhələsinə keçid etməsi bir çox beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına tamamilə cavab verir. Bəzi nəhəng dövlətlər Cənubi Qafqazın nəqliyyat-kommunikasiya xətlərinin iqtisadi-ticari mənfəət vəd etməsindən faydalanmağa can atırlar.

Ancaq buna əngəl törətməyə cəhd edən bəzi beynəlxalq siyasi iradə mərkəzləri də olmamış deyil. Xüsusilə də, ABŞ və Fransa bütün vasitələrlə bu regionu yenidən 44 günlük savaşdan öncəki dövrə qaytarmağa çalışır. Bu iki dövlətin Cənubi Qafqazda itirdiyi geopolitik mövqelərin bərpa olunmasının yeganə yolu məhz regionda gərginliyin hökm sürməsinə bağlıdır.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Təbii ki, bu ziddiyyətlər Cənubi Qafqazın gələcək taleyi ilə bağlı prosesin iki istiqamət üzrə inkişaf etməsinə yol açır. Onlardan biri ABŞ və Fransanın Ermənistan üzərindən pozuculuq fəaliyyəti ilə bağlıdır. Və bu, regionun gələcək inkişaf perspektivləri qarşısında əsas əngəl sayılır.

Digər, həm də əsas istiqamət isə Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarını əks etdirir. Bu üç dövlət üçün sabitliyin hökm sürdüyü Cənubi Qafqaz nəhəng maliyyə-iqtisadi mənfəət qaynağı vəd edir. Və bu səbəbdən də hər üç dövlət, beynəlxalq himayədarlarının dəstəyi ilə pozuculuq faktoru rolunu oynayan Ermənistanı sülh prosesinə məcbur etməyə çalışır.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində də siyasi elitasında da Cənubi Qafqazda yeni inkişaf mərhələsinə münasibət ziddiyyətlərlə yüklənib. Belə ki, son 30 ildə bir çox hərbi cinayətlər törətmiş Qarabağ klanı regionda yeni geopolitik dönəmin başladılması cəhdlərinə müqavimət göstərir və bütün mümkün vasitələrdən istifadə edərək, əngəl yaratmağa çalışır. Çünki Qarabağ klanının rəhbərləri, xüsusilə də, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan yeni mərhələdə onlara ehtiyac olmadığını tam dəqiqliyi ilə bilirlər.

Ancaq Paşinyan hakimiyyətinin bir qədər fərqli mövqedə olduğunu düşünmək üçün əsaslar olmamış deyil. Rəsmi İrəvan Ermənistanın yaşadığı ağır maliyyə-iqtisadi və sosial böhrandan yeganə çıxış yolunun məhz regional qonşularla münasibətlərin normalaşdırılmasına bağlı olduğunu anlayır. Və bu istiqamətdə müəyyən addımların atılmasına meyl göstərir.

ararar.jpg (18 KB)

Ancaq rəsmi İrəvan regional qonşularla münasibətlərin normallaşdırılması prosesində sərbəst hərəkət etmək imkanından məhrumdur. Çünki aqressiv Qarabağ klanının verəcəyi sərt reaksiyadan çəkinir. Ona görə də, mümkün qədər ehtiyatlı davranmağa, verilən rəsmi açıqlamalarda revanşist siyasi qüvvələrin mövqeyini də ifadə etməyə çalışır.

Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasında da bu məqam xüsusi olaraq, nəzərə çarpır. Erməni baş nazir bir tərəfdən “Dağlıq Qarabağ münaqişəsi”nin öz ədalətli həllini gözlədiyini” bildirib. Digər tərəfdən isə Ermənistanın regionda uzunmüddətli sülhə və sabitliyə münbit şərait yaradacaq konstruktiv dialoqa hazır olduğunu vurğulayıb. Halbuki, erməni baş nazir bu iki məsələnin bir-biri ilə kəskin ziddiyyət təşkil etdiyini də bilir.

Məsələ ondadır ki, “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzuları ilə ümumiyyətlə, maraqlanmır. Azərbaycan 30 il davam etmiş bu münaqişəni ötən il cəmisi 44 gün ərzində həll edib. Üstəlik, rəsmi Bakı ATƏT-ın Minsk Qrupu həmsədrlərinə də, Ermənistana da hər hansı “status”un olmayacağını artıq birmənalı şəkildə anladıb. Və bu müzakirəsinə ehtiyac belə, duymadığı bu əhəmiyyətsiz mövzulara yenidən qayıtmaq niyyətində deyil.

Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın regional nəqliyyat-kommunikasiya xətlərinin açılması, eləcə də, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsi prosesinə başlanması çağırışı rəsmi Bakı tərəfindən diqqətə alına bilər. Çünki regionun gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından, həmin problemlərin həlli vacibdir. Və yəqin ki, yaxın gələcək üçün bu məsələ əsas geopolitik gündəm mövzusu olacaq.

2857ccc40a024bb8b0063801244aacb7.jpg (51 KB)

Halbuki, bu məsələ ilə bağlı da baş nazir Nikol Paşinyan yenə də siyasi avantüra vərdişlərinə sadiq qalmağa çalışır. Belə ki, erməni baş nazir Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə beynəlxalq müşahidəçilərin cəlb olunmasını təklif edir. Bu isə onun ABŞ və Fransanı da prosesə cəlb etmək üçün Rusiyanın arxasından dolanmaq cəhdindən başqa bir şey deyil.

Məsələ ondadır ki, sərhədlərin delimitasiya və demarkasiya prosesinə Rusiya vasitəçilik etmək niyyətindədir. Erməni baş nazirin təklifi isə Rusiyanın prosesdən kənarlaşdırılmasına və ABŞ-Fransa cütlüyünün bu bəhanə üzərindən Cənubi Qafqaza qaytarılmasına hesablanıb. Halbuki, erməni baş nazirin təklifi Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə üçün də qəbuledilməz xarakter daşıyır.

Ona görə də, böyük ehtimalla erməni baş nazirin avantürist təklif reallaşmayacaq. Əsas məsələlər Azərbaycan, Türkiyə və Rusiya arasında müzakirə ediləcək, prinsipial qərarlar qəbul ediləcək. Ermənistan isə yalnız verilmiş qərarların icrası rolu ayrılacaq.

Maraqlıdır ki, rəsmi Ankara öz siyasi iradəsini nümayiş etdirməyə başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İğdırdan Azərbaycana yol çəkiləcəyini bildirib: “Bura dəmir yolu xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq”.

Göründüyü kimi, rəsmi Ankara üçün Paşinyan hakimiyyətinin mövqeyi o qədər də böyük əhəmiyyət daşımır. Rəsmi Ankara atılacaq addımların məzmunu ilə bağlı qətiyyətli mövqeyə malikdir. Və nəyin, necə baş verəcəyindən də tam əmindir.

bbb-7777.jpeg (492 KB)

Onu da qeyd edək ki, Ermənistanın öz mövcudluğunu qorumaq üçün ona diqtə olunan şərtləri qəbul etməkdən başqa çıxış yolu yoxdur. Hazırda rəsmi İrəvan Türkiyə ilə anlaşmağa can atır. Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün təhlükəsizlik təminatı rolunu oynaya bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistan ilə münasibətlərin normallaşmasına etiraz etmir. Ancaq bunun mümkün olması üçün bəzi şərtlərə əməl edilməsini də vacib sayır: “Ermənistan baş naziri Nikol Paşinyandan müəyyən müsbət mesajlar alırıq. Bununla yanaşı, bəzi addımların atılması da vacibdir”.

Türkiyə prezidenti bu məsələlərin Kreml sahibi Vladimir Putin ilə müzakirə etmək niyyətində olduğunu da qətiyyən gizlətməyib: “Biz regionun inkişafına yönəlik önəmli şans qazanmışıq. Mən bu mövzunu ayın sonunda Rusiya prezidenti Vladimir Putin ilə müzakirə etmək niyyətindəyəm. Bunun nəticəsində Türkiyə-Rusiya münasibətləri yeni və güclü impuls alacaq”.

Belə anlaşılır ki, Türkiyə və Rusiya Cənubi Qafqazın inkişafında maraqlıdır. Bu bütün region, eləcə də, Ermənistan üçün də olduqca faydalı prosesdir. Sadəcə, rəsmi İrəvanın bu məsələyə münasibətdə siyasi iradə nümayiş etdirməsi prosesi daha da sürətləndirə bilər.

unnamed-pashhhhaaaaaa.jpg (102 KB)

Onu da qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da yaranmış vəziyyəti Ermənistan üçün böyük şans hesab edir. Onun fikrincə, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması baxımdan, yaxşı imkanlar qazanıb: “Bu, Ermənistana iqtisadi dividentlər qazandıra və sosial vəziyyətin ciddi şəkildə yaxşılaşmasına yol aça bilər”.

Ancaq M.Brayza rəsmi İrəvanın revanşist ritorikasının prosesə əngəl törətdiyini də vurğulayıb. Onun fikrincə, 44 günlük savaşın nəticələri Ermənistan cəmiyyətində şok effekti yaradıb: “Hərbi əməliyyatların bərpasında “Qarabağ klanı” təxribatlarının xüsusi rolu olmamış deyil. Yaxın gələcəkdə bu klanın nümayəndələrinin hər şeyi öz siyasi maraqlarına uyğun dəyişmək məqsədilə baş nazir Nikol Paşinyanı fiziki cəhətdən aradan götürmək istiqamətində cəhdlər edə biləcəkləri də mümkündür”.

Göründüyü kimi, hətta xarici ekspertlər belə, Ermənistanda terrorun ola biləcəyini, baş nazir Nikol Paşinyanın sui-qəsdə məruz qalma ehtimalını istisna etmirlər. Bütün siyasi ideoloji dayaqlarını itirmək üzrə olan “Qarabağ klanı” qarşısında hakimiyyəti ələ keçirmək baxımdan, baş nazir Nikol Paşinyanı fiziki cəhətdən sıradan çıxartmaqdan başqa yol qalmayıb. Əks halda, regionda yeni dönəm onların özlərini siyasi səhnədən tamamilə silib, ata bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

“Rəmiş öldü” -Xalq artistinin xanımı VİDEOMÜRACİƏT etdi – SON DƏQİQƏ

admin

DTX -də bu şəxslərə cinayət işi açıldı – təcili məlumat

admin

SON DƏQİQƏ! Azərbaycan Ordusunun Baş Qərargah rəisi bu səbəbdən təcili Türkiyəyə getdi

Fikrət Fərhadoğlu

Məhbuslar da səfərbərliyə cəlb edildi? – Cavabı bu xəbərdə…

admin

Vilayət Eyvazov mayora Xocalı rayonunda yüksək vəzifə verdi – RƏSMİ

admin

TƏCİLİ AÇIQLAMA: Əhaliyə qəti xəbərdarlıq edildi, sentyabrın 25-i …- RƏSMİ

Fikrət Fərhadoğlu