13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Vilayət Eyvazov DİN-in şöbə rəisi Adıgözəl Adıgözəlovu təqaüdə göndərdi – FOTO

Daxili işlər orqanlarında kadr islahatı olub. 
GUNinfo.az bildirir ki, bununla bağlı nazir, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat yoxdur.

Polkovnik Adıgözəl Adıgözəlov ölkədə uşaqların sosial və hüquqi müdafiəsinin təşkili, bəzi qanunvericilik aktlarının yenilənməsinin, eləcə də yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili ilə bağlı bir sıra layihələrin ideya müəllifi və təşkilatçısı olub.
O, xidməti illərində dünya ölkələrinin uşaq müdafiəsi sahəsində tətbiq etdiyi beynəlxalq normaların və praktikanın Azərbaycana gətirilməsində, ölkədə uşaqların təhlükəsizliyini və müdafiəsini təşkil edən ən önəmli sistemlərin tətbiqində mühüm rol oynayıb.

Bənzər yazılar

Naxçıvanın işğal altındakı kəndi Azərbaycana veriləcək – Erməni politoloq

admin

SON DƏQİQƏ! Azərbaycan Ordusu zirehli texnikanı hərəkətə gətirdi – VİEO

admin

Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR: Operativ Qərargahdan AÇIQLAMA

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ! PARLAMENTƏ bir batalyon əsgər tərəfindən HÜCUM – VƏZİYYƏT GƏRGİNLƏŞDİ

admin

Dollar məzənnəsində kəskin YÜKSƏLİŞ! Prezident imzaladı: Bundan sonra dollar bu qiymətə olacaq

Fikrət Fərhadoğlu

TÖVLƏDƏ REKORDLAR QIRAN ŞOK HADİSƏ – hamı bu cütlükdən danışır – VİDEO

admin