21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
CƏMİYYƏT

XANKƏNDİNDƏ QAÇHAQAÇ: Azərbaycan pasportundan imtina edən ermənilərin böyük köçü başladı – AÇIQLAMA+FOTO



“Onsuz da Xankəndidə yaşayan ermənilərin sayları azalıb və bir az da azalacaq. Pandemiya zəiflədikdən sonra oranı daha çox insan tərk edəcək”.

Bu sözləri “Ölkə.az”a açıqlamasında analitik Elxan Şahinoğlu deyib. O bildirib ki, ermənilər indiki şəraitdə Xankəndidə yaşaya bilməz:

“Azərbaycan qanunlarını qəbul etməyəcəklərsə, bizim pasportları daşımayacaqlarsa, bu şəraitdə yaşamaq onlara çətin olacaq. Biz də bunu qəbul etməyəcəyik. Üstəgəl orada sosial şərtlər çox ağırdır. Əvvəlki kimi Ermənistandan Qarabağa dəstək də yoxdur. Bu şəraitdə əlbəttə ki, oranı tərk etmək məcburiyyətində qalacaqlar”.

Ekspertin sözlərinə görə, Ermənistan cəmiyyəti Qarabağ yükündən qurtulmaq istəyir:

“Araik Arutyunyana gəldikdə isə yaxşı separatçı pis separatçı bizim üçün fərq etmir. Hamısı separatçıdır. Kim ki bizim qanunlarla yaşamaq istəyəcək onlar qalacaq, amma qalanları çıxıb getmək məcburiyyətindədir. Özləri də anlayırlar. Ermənistan cəmiyyət olaraq artıq Qarabağ yükündən qurtulmaq istəyir. Ona görə Paşinyanı baş nazir seçdilər”.

E.Şahinoğlu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağı barədə səsləndirilən fikirlərə də münasibət bildirib:

“Sülh sazişinin imzalanması üçün gərək Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsin, Azərbaycan və Türkiyənin ərazi bütövlüklərini tanısın, Zəngəzur dəhlizinin inşasına mane olmasın. Bunlar olarsa, il ərzində sülh sazişinin imzalanması mümkündür. Bu sazişin imzalanması Xankəndidə qalan ermənilərin ordan köçmə prosesini sürətləndirə bilər”.

Billurə Yunus

 

 

Bənzər yazılar

İcra başçısının müavini Güloğlan Məmmədvun oğlu və qızının adına rəsmiləşdirdiyi milyonluq mülkləri – SİYAHISI

Fikrət Fərhadoğlu

Son dəqiqə! Şuşa boşaldıldı

admin

Gömrük Komitəsi iş adamlarını belə soyur – İqtisadçı ekspert talan mexanizmini ifşa etdi

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

SON DƏQİQƏ: Gənclər və İdman naziri Azad Rəhimov KOMAYA DÜŞDÜ, vəziyyəti ağırdır – AİLƏSİNDN AÇIQLAMA

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında dəhşətli MÜHARİBƏ BAŞLADI – çox sayda ölü və yaralıların olduğu deyilir

admin