10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

YAP Astara rayon təşkilatı Heydər Əliyevin izi ilə addımlayır

Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoymuşdur. Ötən zaman ərzində xalqa qüsursuz xidməti ilə digər partiyaları uzaq məsafədə geridə qoyan YAP artıq ümumxalq partiyasına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmişdir. İctimai birliyin əsaslı təməli məhz YAP siyasətinin verdiyi bəhrə nəticəsində atılmışdır.

Partiyanın rayonlarda yaradılan təşkilatları  Ümummilli Liderin izi ilə getmək istəyən vətəndaşları öz ətrafında toplayıb. İllərdir, çoxsaylı üzvlərə malik olan həmin qurumlar dəstəkçilərinə qüsursuz xidmət göstərir. YAP Astara rayon təşkilatı da həmin fəxarətli sıralarda öz yerini tutub.

İlham Əliyev siyasətinin cəmiyyətə və dövlətə qazandırdığı uğurların düzgün ifadəsi, elmi-praktiki konfransların mütəmadi keçirilməsi, üzvlərlə görüşlərin təşkil edilməsi və onlarla belə müsbət keyfiyyətli xidmətlərin göstərilməsi YAP Astara rayon təşkilatının əsas prinsipidir.

YAP rayon təşkilatın sədri  Firudin Əhmədov  və Aparat rəhbəri Rauf Hüseynov keçirilən konfranslarda təşkilatın rayonun  ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal rol oynadığını dəfələrlə dilə gətirmişdir. Həmçinin, nəzarət-təftiş qrupunun hesabat məruzəsi daim diqqətlə dinlənilib və daha yüksək səviyyəli xidmətin göstərilməsi üçün lazımi tapşırıqlar yerindəcə verilib.

Bununla yanaşı Astara rayon təşkilatı gənclərdən ibarət böyük siyasi ordunu da öz ətrafında sıx birləşdiib. Danılmaz əməyə sahib Rauf Hüseyinovun gərgin əməyi sayəsində həm gəc nəsil həm də digər kataqoriyaya aid insanlar Astara rayon Yeni Azərbaycanlılar  sırasına sevə – sevə qatılırlar.

Deyə bilərik ki, ildə onlarla keçirilən tədbirlərdə iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edir önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Bu rayonda Dahi Liderə daha çox sevginin və sadaqətin olmasının təzəhürüdür.

YAP rayon rtəşkilatı rəhbərliyi hər zaman  Partiyasının gənclərdən ibarət üzüvlərinin qarşısında qoyduğu şərəfli və məsuliyyətli vəzifələrdən, Ali Baş Komandan İlham Əliyevin dünyavi ədalət üzərində qurtuğu siyasətdən, günü-gündən çiçəklənən Azərbaycanımızı məhz Prezidentimiz qədər sevməyi aşılayır və vətənimizi, bayrağımıza canları qədər necə sahib olmağa nümunələr göstərilir.  Həmçinin ötən dövr ərzində və qarşıda duracaq vəzifələr barəd təşkilatın gördüyü işlər barədə məruzə söylənilir, dinlənilir.

Bundan başqa Astara YAP təşkilatının sədri və Aparat rəhbəri tərəfindən rayonda yaşayan Birinci və İkinci Qarabağ savaşında iştirak edən vətən övladlarına, eləcədə  Əlillərə, Şəhid Ailələrinə, Qaziləri mütamadə ziyarətlər edilir köməkliklər göstərilir. Deyə bilərik ki, Astara YAP-ın rəhbərliyi və üzüvləri həqiqətən də insanlığın bariz nümunasinə çevrilib. Rauf Hüseynovun diliylə desək “bu dəyər Dahi Lider Heydər Əliyevdən miras qalıb.Bizlərində borcu həmin mirası sevimli Prezidentimiz İlham əliyevlə yüksəklərə qaldırmaqdır. Bu ədəb və tərbiyyə  cənab Prezidentimiz İlham Əliyevin siyasi ampulasında açıq aşkar sezilir. Bu dəyərlərə qiymət verənlər bunu dərk edən şəxslər, nə olursa olsun Prezidentlə bərabər addımlamalıdır. Bütün azərbaycanlılar bundan sonrada İlham Əliyevin ətrafında sıx birləşməli və ölkəmizi daha gözəl, firavan anlara, günlərə, illərə daşımalıdır.  

Onuda qeyd edək ki, YAP siyasətinin düzgün təbliği nəticəsində rayon təşkilat minlərlə şəxsin partiya sıralarına qoşulmasına da nail olub.  Rayon sakinlərinin yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, rayonun sosial simasının dəyişməsi, kəndlərin inkişaf etdirilməsi YAP Astara rayon təşkilatının ictimai nüfuzuna ciddi təsir göstərmişdir.

Bildirək ki, təşkilatın Gənclər birliyi və Qadınlar şurası da aktiv fəaliyyət göstərir. Buda rayonda qurulan ədalətli siyasi situasiyanın bütövlüyündən irəli gələn amildir.

İlkin

Guninfo.az

Bənzər yazılar

Ölkədə siyasi qalmaqal alovlanır: “Gözəlim, mən gözləyirəm…., Mənə çılpaq şəklini göndər” – FOTOLAR

admin

Əsgərlərimizin Qarabağdan yeni VİDEOSU

admin

SON DƏQİQƏ! Xırdalanda DƏHŞƏTLİ PARTLAYIŞ – DAĞINTILAR ALTINDA QALANLAR VAR (VİDEO)

admin

Ermənilər fəryad edir:”Yaza qədər Qarabağ “status” almasa, Ermənistan və ya Rusiyaya birləşməsə, xaricə gedəcəyik”

admin

75 QHT Putin, Tramp və Makrona müraciət etdi – “Ermənistan sizi saymır!”

admin

Müharıbə iştirakçılarına ŞAD XƏBƏR-Yeni qərar VERİLDİ

admin