10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı! – RAKURS

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. Bundan sonra Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər başlamışdır. Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993 -cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ,bu kursun inkişafını təmin etdi.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də Azərbaycan Türkiyə münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf zəruridir.
 1994 -cü il sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə Türk şirkətinin xarici neft şirkətləri konsorsiumda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın real təzahürü idi.
Bu gün Ümummili Lider Heydər Əliyevin “Bir millət , iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındaki münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir. Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Türkiyə prezideniti Rəcəb Təyyub Ərdoğan ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunun bildirmişdir: “Ordumuzun güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin güsləndirilməsi vacibdir”.
2-ci Qarabağ müharibəsi zamanı və müharibə sonrası rəsmi Bakı Dağlıq Qarabağla yanaşı, digər bütün sferalarda Türkiyə ilə çox yaxından əməkdaşlıq etmək fürsətindən məmnunluq duyur. Güman ki bundan sonrakı mərhələdə də hərbi-strateji müstəvidə Azərbaycan və Türkiyə Ordularının sıx əməkdaşlığı və müəyyən dərəcədə inteqrasiyası prioritetidir.
Müharibə dövründə istifadə olunan silahlardan başqa medianın da rolu böyük olur. Qərəzli şəkildə yanlış məlumatlar yayan media orqanlarının bəziləri jurnalistikanın norma və prinsiplərindən kənara çıxaraq qərəzli və birtərəfli məqalələr yayımladı, bəziləri isə xüsusən də, Türkiyə və bir sıra Şərq ölkələrinin kommunikasiya vasitələri hadisələri olduğu kimi təqdim etdi, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
 44 günlük Dağlıq Qarabağ müharibəsinin mediada işıqlandırılmasının təhlili onu göstərdi ki, bir çox xarici media orqanlarında erməni əsilli jurnalistlər çoxluq təşkil edirdi. Bütün bunlara baxmayaraq qərəzli məlumatların heç biri ordumuzuzda müharibə əzmini qıra bilmədi.  II Qarabağ Savaşından qalib çıxan Ordumuzla, Müzəffər Ali Baş Komandanla fəxr edirik!
Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!!!
Yardımlı rayon Bozayran kəndi
Sadiyev Əkbər Səxavət oglu

Bənzər yazılar

Daşnaksütyunun İrəvan “lideri” Ağdərədə məhv edildi

admin

DİQQƏT! Hər kəs səfərbər olsun – Əsgərlərimizin bu ləvazimatlara ehtiyacı var – SİYAHI

admin

Apreldə ölkədə vəziyyət necə dəyişəcək? – HƏR ŞEY AÇIQLANDI

admin

Anasını oğulsuz, xanımını övladsız qoyan şəhidimizin ürəkdağlayan görüntüləri – FOTOLAR

admin

Dövlət rəsmiləri və diplomatlar Tərtərdə

admin

Fransız separatçı muzdlunun qorxu və etirafı: “Erməni tərəfində minlərlə ölən var”

admin