10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
DÜNYA

ABŞ-dan Türkiyəyə DƏSTƏK – “Seviliya” xəritəsini tanımadı

Amerika Birləşmiş Ştatları prinsip etibarilə digər dövlətlərin dənizdəki səlahiyyətləri ilə bağlı ixtilaflarda hər hansı mövqe tutmayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ “Seviliya” xəritəsinin “hüquqi status” xüsusunda bir əhəmiyyətə sahib olmadığını düşünür: “Avropa İttifaqının da “Seviliya” xəritəsini hüquqi əlaqəsi olan bir sənəd olaraq dəyərləndirmədiyinin şahidiyik. Dəniz səlahiyyətlərinə beynəlxalq hüquqa əsaslanaraq əlaqədar dövlətlər arasında əldə olunan razılaşma ilə qərar verilir. ABŞ yaxşı niyyətli dialoq və müzakirə anlayışını şiddətlə dəstəkləməkdə və Türkiyə ilə Yunanıstanı razılıq görüşmələrini ən qısa müddət ərzində yenidən başlamağa təşviq etməkdədir”.

Qeyd edək ki, “Seviliya” xəritəsi 2000-ci ilin əvvəllərində Seviliya Universitetinin akademikləri Xuan Luiz Suarez de Vivero illə Xuan Karlos Rodriqez Mateosun Türkiyə, Yunanıstan və Kipr arasında Şərqi Aralıq dənizində eksklüziv iqtisadi zona anlaşmazlığının həlli üçün hazırladığı plandır. Xəritənin iddiasına əsasən, Meis adasından başlayan yunan kontinental şelfi cənuba doğru Aralıq dənizinin mərkəzinə qədər enir və Türkiyəyə Antalya körfəzindən başqa çıxış fürsəti tanımır. Yunanıstanın kontinental şelfini Türkiyəyə nə qədər yaxın olursa-olsun, Yunan adalarının sərhədlərinə görə müəyyən edir. Türkiyə isə bu xəritənin haqsız olduğunu bildirir.

Bənzər yazılar

İran İnqilabı Keşikçiləri Korpusunun komandiri PUA ilə vuruldu – Yeni müharibə körükləndi

admin

Dünyada yeni müharibə başlayır – Çinin döyüş təyyarələri Tayvanın hava məkanına girdi

admin

Gürcü analitik: “Cavaxetiyadan olan erməni separatçı Azərbaycan ordusuna qarşı vuruşur”

admin

Novxanıda Ramiz Mehdiyevin 155 hektar torpaq sahəsi üzə çıxdı – FOTOFAKT

admin

TƏCİLİ: Britaniya Parlamentində Ermənistanın təcavüzü müzakirə olundu

admin

Paşinyandan müharibə ilə bağlı sensassion açıqlama: Gizlədilən bu faktı açıqladı

admin