19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
DÜNYA

Amerikalı senatordan ikiüzlü AÇIQLAMA: “Bakı dərhal qoşunlarını Ermənistandan çıxarmalıdır!”



ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ermənipərəst Ketrin Klark Azərbaycana edilən hərbi yardımın dayandırılmasının və ermənilərə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, amerikalı konqresmen daha da irəli gedərək ikiüzlülüyünü sərsəm fikirləri ilə nümyiş etdirib. Klark “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindən dərhal çıxarılmalıdır” deyərək öz miskin xislətini ortaya qoyub.  O həmçinin ermənipərəst konqresmen Frank Pallonenin Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı təklifindən qürur duyduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət öncə Pallone konqresdə Azərbaycana edilən hərbi yardımın dayandırılması ilə bağlı təklif irəli sürüb və Nümayəndələr palatası düzəlişi təsdiqləyib.

Bütün bunlar dünyada demokratiya carçısı kimi çıxış edən ABŞ konqresindəki bəzi senatorların əsl simasını ortaya qoyur. Erməni lobbisindən maliyyələşən, xəritədə Cənubi Qafqazı, Azərbaycan və Ermənistanı göstərə bilməyən  konqresmenlər üçün isə vacib olan puldur. Bu cür açıqlamaların pul qarşılığında edildiyi isə heç kimə sirr deyil. Əks halda bu konqresmenlər Azərbaycan ordusunun öz sərhədlərini müəyyənləşdirdiyini, Ermənistanın isə buna mane olmaq üçün təxribatlara əl atdığını anlamış olardı. Ancaq anlamaq lazımdır ki, belə cılız konqresmenlərin fikirlərinin heç bir hüquqi təsiri yoxdur.

Bənzər yazılar

Baydendən müsəlman ölkələrinə JEST: Bu qadağa ləğv ediləcək

admin

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

admin

Türkiyənin yeni silahı dünyanı şoka saldı – hərbi sahədə inanılmaz inqilab(FOTOLAR)

admin

TƏCİLİ!İsrail ordusu Qəzzaya daxil oldu – antiterror əməliyyatı keçirilir

admin

TƏCİLİ! Ukraynanın erməni əsilli naziri niyə istefa verdi? – SƏBƏB AÇIQLANDI

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin