18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
DÜNYA

Çindən ABŞ-a İNANILMAZ HƏDƏ: “Üçüncü Dünya müharibəsini başladarıq!”

Çin Tayvanla bağlı ABŞ-a xəbərdarlıq edib.

Sfera.az bildirir ki, buna ABŞ-la Tayvan arasındakı gizli anlaşma səbəb olub. Belə ki, bir müddətdir Çinlə Tayvan arasındakı münasibətlər gərginləşməkdə davam edir. 1 oktyabrdan bu yana Çinə aid 149 döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına (ADİZ) girib. Tayvanın Müdafiə Naziri Chiu Go-Chen Çinlə hərbi gərginliyin son 40 ilin ən pis səviyyəsində olduğunu vurğulayıb. O, Çinin 2025-ci ilə qədər Tayvana qarşı “genişmiqyaslı” işğal həyata keçirmək gücünə malik olacağını söyləyib.
ABŞ isə rəsmi olaraq Tayvanı Çinin ayrılmaz bir hissəsi olaraq görsə də, onun statusunun gələcəkdə sülh yolu ilə müəyyən edilməsini istəyir və sözügedən ölkəyə Çinə qarşı müdafiə dəstəyi verir. Digər tərəfdən Çinin nüfuzlu “Global Times” nəşri iki ölkə arasındakı gizli razılaşmanın tərəfləri qarşıdurma həddinə gətirdiyini yazıb. Qəzet, Çin xalqının ABŞ-la müharibəyə hazır olduğunu və dəstəyə davam edərsə, Üçüncü Dünya Müharibəsinin çıxacağını qeyd edib.

Bənzər yazılar

GİZLİ ƏMƏLİYYAT:Sərnişin təyyarəsi lazer silahı ilə vuruldu – yüzlərlə ölü var

admin

İsrail raket atəşinə tutuldu: “Dəmir günbəz” işə düşdü – Ölü və yaralılar var

admin

Paşinyanın qapısına qum tökdülər – VİDEO

admin

TƏCİLİ! Ermənilər atıcı silahlarla Berd rayonu istiqamətində HÜCUMA KEÇDİ – RƏSMİ

admin

TƏCİLİ: ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

admin

Rusiya XİN-dən helikopterin vurulması ilə bağlı AÇIQLAMA – FOTO

admin