10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
DÜNYA

Ermənistana Paşinyanın yerinə Atatürk lazımdır – Tevanyandan ŞOK AÇIQLAMA

“Nikol Paşinyan baş nazir postunu qoruyub saxlamağına kömək edəcəyini düşünərək, Türkiyənin və Azərbaycanın maraqlarını müdafiə etmək üçün Moskvaya gedir. Bu o deməkdir ki, həmin görüşdə Moskva İrəvanın mənafelərini təkbaşına müdafiə edəcək”.

KONKRET.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu işğalçı ölkənin Politexnik Tədqiqat İnstitutunun rəhbəri Andranik Tevanyan deyib.

İnsitut rəhbərinin sözlərinə görə, Ermənistanın 11 yanvarda Moskvada nümayəndəsi olmayacaq:

“Paşinyanı hakimiyyətdə saxlayan yeganə qüvvə Azərbaycan və Türkiyədir. Baş verənlər göstərdi ki, heç Kreml də onu hakimiyyətdən uzaqlaşdırmaq gücündə deyil. Gəlin hər şeyə real yanaşaq. Hər kəs Paşinyanı ittiham edir, biz də özümüzü günahlandırmalıyıq ki, onu devirə bilmirik”.

Andranik Tevanyan onu da əlavə edib ki, bir qayda olaraq məğlub olmuş lider öz xoşu ilə hakimiyyəti vermir, çevrilişlə gedir:

“İndi bizə Paşinyanın yerinə Atatürk kimi döyüşüb qalib gələ bilən adam lazımdır, təssüf ki, həmin şəxsi görə bilmirəm. Atatürk olmasaydı, indi Türkiyə də yox idi. Amma biz Ermənistanın gələcəyini kimə borclu olacağıq? Ağlamalı və tükürpədici sual da budur”.

Bənzər yazılar

DİQQƏT!Putin səhvən AĞZINDAN QAÇIRDI – Qarabağla bağlı GİZLİ MESAJ +Video

admin

Paşinyanın qapısına qum tökdülər – VİDEO

admin

“Qarabağ səmasını Türk və İsrail PUA-larından qorumaq lazımdır” – Rusiyalı deputat

admin

“ULAK”: PUA-lardan sonra Türkiyənin yeni möhtəşəm hücum aparatı – XÜSUSİYYƏTLƏRİ – FOTOLAR

admin

Azərbaycanda qaz borusu partladı – yaralılar var

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin