13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
DÜNYA

İran hökuməti rəsmisindən AÇIQLAMA: “Onlara xəbərdarlıq etdik, hərbi gücümüz AZƏRBAYCANIN XİDMƏTİNDƏDİR”

“İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

GUNinfo.az  xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: “Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz.

Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Tərəfimizdən lazım olan addımları atırıq

Səfir Ermənistanın İranın qonşularından biri olduğunu qeyd edib. “Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”, – deyə Seyid Abbas Musəvi bildirib.GUNinfo.az 

Bənzər yazılar

TƏCİLİ: Pakistandan Fransaya sərt reaksiya – Səfir təcili XİN-ə çağırıldı

admin

“İran bu ərazilərə hücuma hazırlaşır” – ABŞ kəşfiyyatı SENSASİON MƏLUMATI VERDİ

admin

Bayden Rusiyaya hücum əmri verdi – Hərəkətlilik başladı

admin

SON DƏQİQƏ: Gürcüstan təcili Ermənistanla sərhədləri BAĞLADI – Giriş-çıxış QADAĞAN EDİLDİ

admin

Saakaşvili: “Baş nazir olsam ən çox 2 il çalışacam”

admin

Armen Qriqoryan: “Erməni xalqı bəzi məsələlərdə qərar verməkdə çox acizdir”

admin