18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
DÜNYA

İranın qatı mövqeyi Almaniyanı da QƏZƏBLƏNDİRDİ: Merkeldən Tehrana SƏRT İSMARIC

Almaniya Baş naziri Angela Merkel İranla nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlarda mürəkkəb vəziyyətin yarandığını bildirib.

KAİM.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Angela Merkel bunu bu gün İsrail Baş naziri Naftali Bennetlə birgə mətbuat konfransı zamanı bildirib.
Almaniya Baş naziri İranla Hərtərəfli Birgə Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin bunun Tehranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma olmamasından yaxşı olduğunu vurğulayıb:

“Bu gün biz çox mürəkkəb vəziyyətdəyik. Çünki ABŞ-ın yeni administrasiyası nüvə sazişinə qayıdacağını vəd edib, lakin günlər keçir, İrandan danışıqların yenilənməsi ilə bağlı hər hansı işarə yoxdur. Hər gün İran uranı daha çox zənginləşdirir. Bu, kritik vəziyyətdir və biz bunu 3+3 formatında (Almaniya, Fransa, Böyük Britaniya və Rusiya, ABŞ, Çin) müzakirə etməliyik ki, bu, nə deməkdir. Mən burada Rusiya və Çini cavabdeh görürəm”.

Bənzər yazılar

İran İsrail müharibəsi – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ! Türkiyə parlamenti Baydenə qarşı bəyanat qəbul etdi

admin

SON DƏQİQƏ! Ağsaqqallar şurasının üzvünə QANLI HÜCUM – 10 bıçaq zərbəsilə DƏHŞƏTLİ SUİ-QƏSD

admin

Nazirliyin şöbə rəisi işdən çıxarıldı — Yoxlamalar başladı

admin

Ukrayna millətvəkili: “Rusiyanın olduğu hər yerdə problem yaşanır”

admin

Yeni nazir Kisidadan ŞOK QƏRAR: “İki deyil, bu ərazilərin hamısı Rusiyadan alınacaq” – Rus-Yapon müharibəsi BAŞLAYIR?

Fikrət Fərhadoğlu