31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
DÜNYA

Rusiya müqavilədən imtina etdi – Putindən ŞOK QƏRAR

Rusiya Prezidenti Vladimir Putin Açıq Səma müqaviləsinin denonsasiya (fr. denorcer – ləğv etmək) edilməsi haqqında qanunu imzalayıb.

GUNinfo.az  “RIA Novosti”yə istinadla xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-informasiya portalında yayımlanıb.

Açıq Səma Müqaviləsi “soyuq müharibədən” sonra Avropada etimad yaratma tədbirlərindən biri olub. Müqavilə 24 mart 1992-ci ildə Helsinki şəhərində imzalanıb, 26 may 2001-ci ildə Rusiya tərəfindən təsdiq edilib.

2020-ci ilin sonunda 33 dövlət bu müqavilənin tərəfdaşı olub. 2020-ci ilin mayında ABŞ 22 noyabrda sona çatan razılaşmadan çıxmaq proseduruna başlayıb. Bu qərara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 15 yanvar tarixində müqavilədən çıxmaq üçün daxili prosedurlara başladığını açıqlayıb. Putin Dövlət Dumasına müqaviləni denonsasiya edilməsi barədə qanun layihəsi təqdim edib.

Qeyd edək ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında güvən və təhlükəsizliyin artırılmasına dair tədbir olaraq, 1992-ci ildə imzalanan Açıq Səma müqaviləsi tərəfdaşları arasında Türkiyə də var.

Publiaka.az

Bənzər yazılar

Rusiyalı hərbçilərdən erməni sürücülərə xəbərdarlıq: Azərbaycan əsgərləri sizi saxlasa…

admin

Bidzina İvanişvili siyasətdən getdiyini AÇIQLADI

admin

Zelenski Rusiyanı belə çökdürəcək – Putinin qorxduğu həmlə gəlir

admin

Türkiyə ABŞ-dan Ermənistana yük daşımaları üçün hava məkanını bağladı

admin

“İrana təcili hərbi müdaxilə etməliyik, yoxsa…” – Nazirdən şok açıqlama

admin

TƏCİLİ!Rusiyada dəhşətli partlayış: Bir neçə supermarket yerlə yeksan oldu – VİDEO

admin